“Lider bürclər var” – Azərbaycanda işə qəbul edilən şəxsin bürcünə baxırlar?

Redaktor

14.02.2024 10:04
1,041

“Lider bürclər var” – Azərbaycanda işə qəbul edilən şəxsin bürcünə baxırlar?

Dünya təcrübəsində var ki, bəzi şirkətlər işçiləri işə götürən zaman onların bürclərinə də fikir verirlər. “Hər bürcün özünün işlədiyi sahə olmalıdır” deyə yanaşmalar var. Bir sahədə çalışan bürcün başqa işdə uğursuz olması haqqında fikirlər söylənilir. Bürclər iş həyatında nə qədər əhəmiyyətli rol oynayır? Azərbaycanda işə qəbul zamanı bürcə fikir verirlərmi?

Bu barədə Valyuta.az-a danışan HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bildirib ki, son vaxtlar bürclərin həyatda, karyerada rolu barəsində kifayət qədər məqalələr yayılmağa başlayıb və ölkəmizdə astrologiyaya maraq artıb:
“İşçini işə götürən zaman bürclərə diqqət yetirilməsi fikri ilə razı olduğum və razı olmadığım məqamlar var. Bəzi məqamlarda razılaşıram ki, həqiqətən lider bürclər var. Çünki işini peşəkar səviyyədə görən şəxslərin bürclərinə baxdıqda onların müəyyən kateqoriyaya aid olduğu görülür. Məsələn, qoç, tərəzi və s. bürcləridir. Bu danılmaz faktdır və bütün dünya liderlərinə, milyarderlərinə baxdıqda görürük ki, bu bürclərdəndir və heç də təsadüf deyil. Lakin hər bir prosesi, hər bir incəliyi bunu üzərinə qurmaq düzgün deyil. Çünki biz hər bir iş prosesini buna bağlasaq, öz işimiz də axsayar”.

Konsultant qeyd edib ki inkişaf etmiş ölkələrdə müxtəlif təcrübələrdən istifadə edirlər: “Dünyada belə bir təcrübə var ki, inkişaf etmiş ölkələrdə bundan istifadə edirlər. Psixodiaqnostika, insan tanıma və s. testlər kimi təcrübələr var. Hətta şəxsin instinktlərindən xüsusi aparatlar vasitəsilə işçinin iş yerinə nə qədər sadiq qalacağı, nə qədər uzun müddət işləyəcəyi belə ölçülür. İşəqəbul bu dəqiqə bütün dünyada çox inkişaf edib. Azərbaycanda təbii ki indi-indi bunun ilkin variantlarının yayılması çox normaldır və çox da doğrudur. İnkişaf etmiş dünyada bundan istifadə halı varsa, deməli, bizdə də çoxalacaq. Bunu normal qəbul etmək lazımdır. İndiki insanlar artıq iş seçimi edərkən sadəcə iş olsun deyə seçmir, yəni, hisslərinə, iş yerindəki şəraitə, ona olan davranışa və s. çox diqqət yetirirlər. İşə götürənin də bürclərə və digər amillərə görə seçməsi tamamilə normaldır, sadəcə biz belə ifadələri indi-indi eşidirik deyə bizə absurd gəlir”.

Əvəz Həsənov

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Disney"in ən bahalı satınalmaları: Siyahıda 71 milyard dollarlıq müqavilə var

11.12.2025

Bu ərazidə geniş Zəfər Parkı inşa olunacaq

11.12.2025

"Porsche" işçi qüvvəsinin 25 faizini işdən çıxarmağı planlaşdırır

11.12.2025

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11.12.2025

Fransa bazarına ixrac dəyərində 2 dəfədən çox artım

11.12.2025

BEA maydan bəri ilk dəfə neft bolluğu proqnozunu azaltdı - Rekord göstərici

11.12.2025

Gələn il smartfon bazarı 30 faiz böyüyə bilər

11.12.2025

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi

11.12.2025

MrBeast "YouTube"dan milyonları necə qazanır?

11.12.2025

Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi

11.12.2025

Ən çox POS-terminal istifadəsi bu rayonlardadır

11.12.2025

Bu şəxslərin maaşı artırılacaq

11.12.2025

Onların da məzuniyyəti 46 gün olacaq

11.12.2025

Məşhur şirkət rəhbərləri pullarını nəyə xərcləyirlər?

11.12.2025

Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam

11.12.2025

Şuşada 15 milyon manata 6 yeni yaşayış binası tikiləcək

11.12.2025

Çoxmilyonluq qaçaqmalçılıq işi genişlənir: 6 nəfər həbs olunub - ADLAR

11.12.2025

AMEA prezidenti: Alimlərin əməkhaqqının artırılması ilə bağlı iş aparıram

11.12.2025

Dövlət Gömrük Komitəsinin daha iki əməkdaşı həbs olunub

11.12.2025

Sabah paytaxtın bəzi küçə və prospektləri bağlanacaq

11.12.2025

Məzənnə

Yüklənir...