İpoteka ilə ev almaq istəyənlərin sayı azalır - səbəblər...

Redaktor

14.02.2024 09:20
895

İpoteka ilə ev almaq istəyənlərin sayı azalır - səbəblər...

İldən-ilə ipoteka krediti götürmək istəyənlərin sayı azalır. Əhali bunun səbəbini ipoteka kreditlərinin hər kəsə şamil edilməməsi və bir sıra məhdudiyyətlərin tətbiq edilməsi ilə əlaqələndirir. Ekspertlərə görə isə ipoteka kreditinin alınmasında əsas maneə yaşla bağlıdır. Belə ki, 45-50-dan yuxarı şəxslər ipoteka götürmək istəyirsə, artıq 25 illiyə yox, 15 illiyə götürə bilər. Eləcə də gəlirlə bağlı bir sıra tələblər var ki, bununla bağlı şikayətlər də çoxdur. Əgər vətəndaşın gəlirləri qeyri-rəsmidirsə, bu zaman problem yaranır. Əgər gəlirin bir hissəsi rəsmi, bir hissəsi qeyri-rəsmidirsə, qeyri-rəsmi hissə şəxsin qiymətləndirməsində iştirak etmir. İpoteka obyektinin mütləq rəsmi sənədinin olması lazımdır. Sənədsiz evlər ipoteka obyekti sayılmır. Ekspertlərə görə, bu amillər ipotekaya cəlb oluna bilən obyektlərin, evlərin sayının azalması ilə nəticələnir.  

İpoteka götürənlərin sayının azalmasına bir səbəb kimi də insanların gəlirlərinin aşağı olması və mənzil bazarında qiymətlərin yüksək olması da göstərilir. 

Müqayisə üçün deyək ki, 2021-ci yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə müvəkkil banklar tərəfindən 3445 ailəyə 230,5 mln. manat məbləğində ipoteka krediti verilib. Verilən kreditlərin 153,6 mln. manatı adi ipoteka kreditlərinin (2040 ədəd), 76,8 mln. manatı isə güzəştli ipoteka kreditlərinin (1405 ədəd) payına düşüb. Ümumilikdə, 2006-cı ildən 2021-ci ilədək fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 882 mln. manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 35112 olub. Bu kreditlərin 625 mln. manatdan çox hissəsini (12150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edir. 

2022-ci ilin ötən dövründə isə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 230,7 mln. manat məbləğində 3000-dək Azərbaycan vətəndaşına ipoteka, o cümlədən güzəştli ipoteka krediti verilib. Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 227 mln. manatı, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 39 700-ü ötüb. Fondun 2022-ci ildə açıqladığı statistikaya görə, Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin 93%-i mənzillərin, 7%-i isə fərdi evlərin alınması üçün ayrılıb. 

2023-cü ildə verilmiş ipoteka kreditinin orta həcmi isə 59,872 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,34 % dərəcəsi ilə verilib.

Bu il isə adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-dən başlanılıb. 2024-cü ilin dövlət büdcəsində ipotekanın maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub. 

İpoteka kreditlərinin şərtləri niyə sadələşdirilmir? Niyə ipoteka ilə ev almaq hamı üçün əlçatan deyil? 

Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bizimlə söhbətdə deyib ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib: “2024-cü ildə isə Azərbaycanda minimum yaşayış və ehtiyac meyarı 270 manat olub. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Bu il İpoteka krediti ilə mənzil alan şəxslər üçün ailədəki işləməyən şəxslər və uşaqlar üçün minimum yaşayış və ehtiyac meyarı yeni qaydalarla hesablanacaq. Yəni bu il ipoteka krediti ilə mənzil almaq ötən ilə nisbətən az da olsa çətinləşəcək”.

Bank məsələləri üzrə ekspert Elman Sadıqov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ipoteka ilə bağlı bir neçə əsas istiqamət var: “Ən əsas məsələlərdən biri gəlirlərlə bağlıdır. Çünki burada ailə üzvlərinin sayına görə müəyyən olunur. Bir də minimum yaşayış həddi var. Ailədə neçə üzv varsa, o minimum yaşayış həddinə vurulur ki, aylıq xərc bu qədər olmalıdır. Maaşın da qalan hissəsinin 70 faizə qədərini ödəniş edə bilərlər. Bu, əslində normaldır. Bir insan 500 manat maaş alıb, onun 400-300 manatını ipoteka ödəyə bilməz. Çünki onun aylıq yaşayışı var. Maaş məsələsinə görə hər adam ipoteka ala bilmir. İkinci məsələ isə faizlərlə bağlıdır. Dünyada demək olar ki, ipoteka dolların faizi ilə əlaqədar yüksəkdir. Amma ümumilikdə götürdükdə nisbətən aşağı faizlərimiz var. Yəni güzəştli ipoteka 4 faizdir. Güzəştli ipotekanın dairəsini genişləndirmək olar. Əslində əmlakların qiyməti bütün dünyada qalxıb, inflyasiya var. Onsuz da tikinti materiallarının da qiyməti qalxır. Əmlakın qiymətinin artması məsələsinə baxıla bilər. Tutaq ki, əmlakın qiyməti 10-15 faiz aşağı salınarsa, ipotekaya axın artacaqmı? Nəticə etibarilə ipoteka kreditlərinə baxarkən hər bir dövlət ehtiyatlı mövqe tutmalıdır. Çünki ipoteka uzunmüddətli borclanmadır. Uzunmüddətli borclanma isə əhalinin rifahına, yaşayış tərzinə, xərcləmələrə də təsirini göstərir. Buna görə də dövlətlər müəyyən mənada ehtiyatlı mövqe tuturlar. Amma ev önəmlidir, evi olmayan şəxs həm də kirayə pulu ödəməyə məcbur olur. Bu, ciddi şəkildə təhlil olunmalıdır. Təhlil olunandan sonra əhali arasında sorğular keçirmək olar. Bundan sonra müəyyənləşdirmək olar ki, bunlardan hansı prosesə mənfi təsir göstərir”. 

Musavat.com

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Disney"in ən bahalı satınalmaları: Siyahıda 71 milyard dollarlıq müqavilə var

11.12.2025

Bu ərazidə geniş Zəfər Parkı inşa olunacaq

11.12.2025

"Porsche" işçi qüvvəsinin 25 faizini işdən çıxarmağı planlaşdırır

11.12.2025

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11.12.2025

Fransa bazarına ixrac dəyərində 2 dəfədən çox artım

11.12.2025

BEA maydan bəri ilk dəfə neft bolluğu proqnozunu azaltdı - Rekord göstərici

11.12.2025

Gələn il smartfon bazarı 30 faiz böyüyə bilər

11.12.2025

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi

11.12.2025

MrBeast "YouTube"dan milyonları necə qazanır?

11.12.2025

Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi

11.12.2025

Ən çox POS-terminal istifadəsi bu rayonlardadır

11.12.2025

Bu şəxslərin maaşı artırılacaq

11.12.2025

Onların da məzuniyyəti 46 gün olacaq

11.12.2025

Məşhur şirkət rəhbərləri pullarını nəyə xərcləyirlər?

11.12.2025

Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam

11.12.2025

Şuşada 15 milyon manata 6 yeni yaşayış binası tikiləcək

11.12.2025

Çoxmilyonluq qaçaqmalçılıq işi genişlənir: 6 nəfər həbs olunub - ADLAR

11.12.2025

AMEA prezidenti: Alimlərin əməkhaqqının artırılması ilə bağlı iş aparıram

11.12.2025

Dövlət Gömrük Komitəsinin daha iki əməkdaşı həbs olunub

11.12.2025

Sabah paytaxtın bəzi küçə və prospektləri bağlanacaq

11.12.2025

Məzənnə

Yüklənir...