Azərbaycan iqtisadiyyatında hansı sahələrin daha çox investisiyaya ehtiyacı var? (ŞƏRH)

Redaktor

13.02.2024 17:06
817

Azərbaycan iqtisadiyyatında hansı sahələrin daha çox investisiyaya ehtiyacı var? (ŞƏRH)

“Bu günkü investisiyaların əsas hədəfi infrastruktur layihələri ilə bağlıdır”.

Bu sözləri Valyuta.az-a iqtisadçı Natiq Cəfərli “Azərbaycan iqtisadiyyatının hansı sahələrinin inkişaf üçün daha çox investisiyaya ehtiyacı var” sualına cavab verərkən deyib. 

Natiq Cəfərli deyib ki, Azərbaycan iqtisadiyyatına qoyulan investiyaların kəskin artımı Qarabağla, işğaldan azad olunmuş torpaqlarda infrastruktur layihələri ilə bağlıdır:

“Azərbaycana qoyulan investisiyaların, əsasən daxili, hətta bəzi xarici investisiyaların böyük əksəriyyəti struktur layihələrinə qoyulur. Onlar isə  əlavə dəyər yaratmayan layihələrdi. Doğrudur, bu layihələr çox vacibdir. Biz Qarabağı yenidən qurmalıyıq, təhlükəsizlik tədbirlərini gücləndirməliyik, infrastruktur yenidən təşkil edilməlidir, bunlar təbiidir. Lakin bu işlər əlavə dəyər yaratmır”. 

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycana əlavə dəyər yaradan investisiya layihələri lazımdır:

“Yeni zavodlar, fabriklər, emal müəssisələri yaradılmalıdır. Belə müəssisələrin sayı çox azdır, demək olar ki, yox dərəcəsindədir və əsas problem isə budur. Azərbaycan hökumətinin əsas foksu bundan sonra emal və sənaye müəssisəllərinin yaradılmasına yönəlik investisya layihələrinin önünün daha böyük açılması, onlara təşviq verilməsi olmalıdr ki, həm xarici, həm də daxili investorlarda maraq yaransın.  

Bu gün sənaye, emal, yüngül sənaye ilə bağlı investiyalara çox ehtiyacımız var. Çünki bu sahələrdə  idxaldan çox asılıyıq”.  

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 553 milyon manat və yaxud ötən ilin yanvar ayı ilə müqayisədə 37,4 % çox vəsait yönəldilib.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 44,5 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 34,1 % artıb.

Ötən ay istifadə olunmuş vəsaitin 707,3 milyon manatı və yaxud 45,5 %-i məhsul istehsalı sahələrinə, 782,6 milyon manatı və yaxud 50,4 %-i xidmət sahələrinə, 63,1 milyon manatı və yaxud 4,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub, 1 milyard 284,3 milyon manatını və yaxud 82,7 %-ni daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 167,7 milyon manatı və yaxud 75,2 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Disney"in ən bahalı satınalmaları: Siyahıda 71 milyard dollarlıq müqavilə var

11.12.2025

Bu ərazidə geniş Zəfər Parkı inşa olunacaq

11.12.2025

"Porsche" işçi qüvvəsinin 25 faizini işdən çıxarmağı planlaşdırır

11.12.2025

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11.12.2025

Fransa bazarına ixrac dəyərində 2 dəfədən çox artım

11.12.2025

BEA maydan bəri ilk dəfə neft bolluğu proqnozunu azaltdı - Rekord göstərici

11.12.2025

Gələn il smartfon bazarı 30 faiz böyüyə bilər

11.12.2025

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi

11.12.2025

MrBeast "YouTube"dan milyonları necə qazanır?

11.12.2025

Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi

11.12.2025

Ən çox POS-terminal istifadəsi bu rayonlardadır

11.12.2025

Bu şəxslərin maaşı artırılacaq

11.12.2025

Onların da məzuniyyəti 46 gün olacaq

11.12.2025

Məşhur şirkət rəhbərləri pullarını nəyə xərcləyirlər?

11.12.2025

Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam

11.12.2025

Şuşada 15 milyon manata 6 yeni yaşayış binası tikiləcək

11.12.2025

Çoxmilyonluq qaçaqmalçılıq işi genişlənir: 6 nəfər həbs olunub - ADLAR

11.12.2025

AMEA prezidenti: Alimlərin əməkhaqqının artırılması ilə bağlı iş aparıram

11.12.2025

Dövlət Gömrük Komitəsinin daha iki əməkdaşı həbs olunub

11.12.2025

Sabah paytaxtın bəzi küçə və prospektləri bağlanacaq

11.12.2025

Məzənnə

Yüklənir...