Trampın rüsum siyasəti ilə ABŞ fond bazarı 4 trilyon dollar itirdi

Redaktor

11.03.2025 10:59
671

Trampın rüsum siyasəti ilə ABŞ fond bazarı 4 trilyon dollar itirdi

ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarını artırmaq siyasəti investorlar arasında narahatlıq yaradıb və fond bazarında kəskin geriləməyə səbəb olub və son bir ayda 4 trilyon dollar dəyər itirib.

Valyuta.az xarici mənbələrə istinadən xəbər verir ki, Tramp administrasiyasının Kanada, Meksika və Çinlə ticarət münasibətlərində gərginliyi artırması bazarda qeyri-müəyyənlik yaradıb. Bazar ertəsi S&P 500 indeksi 2,7%, Nasdaq isə 4% ucuzlaşaraq, 2025-ci ilin ən kəskin günlük düşüşünü yaşayıb. Fevralın 19-da tarixi maksimuma çatan S&P 500, o vaxtdan bəri 8,6% geriləyərək düzəliş (correction) mərhələsinə yaxınlaşıb.

Maliyyə sektorunun aparıcı simalarından biri, "Lazard" şirkətinin baş direktoru Piter Orszag bildirib ki, tarif siyasətinə dair qeyri-müəyyənlik biznes rəhbərlərini investisiya planlarını yenidən nəzərdən keçirməyə vadar edir. O, xüsusilə Kanada, Meksika və Avropa ilə gərginliyin qısa müddətdə həll olunmamasının ABŞ iqtisadiyyatına ciddi zərər verə biləcəyini qeyd edib.

Rüsum siyasətindən qaynaqlanan iqtisadi qeyri-müəyyənlik “Delta Air Lines”ın gəlir proqnozunu azaltmasına səbəb olub. Şirkət səhmləri 14% ucuzlaşıb. Texnologiya sektoru da böyük itkilərlə üzləşib. “Apple” və “Nvidia” 5%, “Tesla” isə 15% ucuzlaşaraq, bir gündə 125 milyard dollar dəyər itirib.

Son günlərdə investorlar riskli aktivlərdən uzaqlaşır. “Bitcoin” 5% dəyər itirib, lakin müdafiə xarakterli səhmlər və ABŞ dövlət istiqrazlarına tələbat artıb.
Mütəxəssislər qeyd edirlər ki, Tramp administrasiyası iqtisadiyyatda mümkün geriləməyə baxmayaraq, tarif siyasətindən geri addım atmağa hazır deyil. "Tramp komandası bazarın enişini qəbul edir və hətta iqtisadi geriləməni daha geniş məqsədlərinə nail olmaq üçün bir vasitə kimi görə bilər", – deyə "Baird" şirkətinin analitiki Ross Meyfild bildirib.

S&P 500 indeksinin 2023-2024-cü illərdəki güclü artımına baxmayaraq, hazırda bazar qeyri-müəyyənlik içindədir. Analitiklər hesab edirlər ki, tarif müharibələrinin davam etməsi S&P 500-ü 5 300 bənd səviyyəsinə qədər gerilədə bilər. Ekspertlər Tramp administrasiyasının rüsum siyasətində hansı addımları atacağını izləyir, çünki bu qərarlar ABŞ və qlobal bazarlar üçün həlledici ola bilər.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...