AZAL prezidenti Londondakı şirkətlərinin adını dəyişdi - SƏNƏDLƏR
AZAL prezidenti Cahangir Əsgərovun ailəsi Londondakı şirkətləri ilə bağlı şübhəli ad dəyişiklikləri aparıb.
Valyuta.Az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
Onun sözlərinə görə, 31 milyon funt sterlinqdən (75 milyon manat) artıq aktivləri olan "Gazelli House Limited” şirkəti adını dəyişib:
"Şirkətin təsisçisi - Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Britaniya Şirkətlər Evinə müraciətinə əsasən bu il fevralın 9-da "Gazelli House Limited”in adı "Mrcr Art Limited” olaraq rəsmiləşdirilib. Halbuki elə bu ilin yanvarında Məlahət Əsgərova "Mrcr Art Limited” adı ilə Londonda başqa bir şirkət təsis etmişdi. Bu şirkətin adı isə "Gazelli House Limited” (!) olaraq dəyişdirilib”.
Jurnalist şirkətlərin adının dəyişməsini Cahangir Əsgərovun iz azdırması kimi dəyərləndirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay