BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
16001

Hazırda iki müavini milyonluq yeyintiyə görə həbsdə olan Mədəniyyət Nazirliyində yarım milyon manatdan çox yeni mənimsəmə faktı aşkarlanıb.

Valyuta.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, araşdırma zamanı məlum olub ki, 2018-ci ildə o zaman Mədəniyyət və Turizm Nazirliyi ilə “Rəqəmli Dövr” MMC arasında intentarların alqı-satqısı üzrə müqavilə bağlanıb.

Daha sonra nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə həmin şirkətə külli miqdarda ödəniş edilib.

Həmçinin, “Azərbaycan Konqreslər Bürosu” MMC 2017-2018-ci illərdə təşkil edilmiş üç festival barədə telekanallarda ödənişsiz reklamlar versə də, buna görə, nazirlik onlara xüsusilə külli miqdarda büdcə vəsaiti ödəyib.

Bu faktlara görə, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qanuna görə, xüsusilə külli miqdar dedikdə 500 min manatdan artıq məbləğ nəzərdə tutulur. Bu məbləğdə ödəniş isə telekanallarda pulsuz verilən reklamlara görə mənimsənilib. Digər epizodda – kitabça və xəritələrin alınması üçün külli miqdarda pul ödənilib. Burada isə söhbət 50 mindən 500 min manatadək olan məbləğdən gedir. Görünür, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin dövründə “yeyilən” daha bir milyonluq məhkəmə işi araşdırılacaq.

Əbülfəs Qarayev 1994–2001-ci illərdə gənclər və idman naziri, 2001–2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006–2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə dövlət qurumunun adı dəyişdirilərək Mədəniyyət Nazirliyi adlanıb.

Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla nazirin müavini və xidmət rəisi həbs edildi. Həmin iş üzrə müavin Rafiq Bayramovun hazırda məhkəmə prosesi gedir və R.Bayramov 1,8 milyon manat pulu rüşvət qismində alaraq mənimsəməkdə ittiham edilir. O, tabeliyində olan idarələr və musiqi məktəblərindən aylıq on minlərlə manat məbləğində “tas” yığmaqda təqsirləndirilir.

Digər şəxs isə Zakir Sultanovdur. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da milyonlarla manat yeyintidə ittiham edilir. Onun şübhəli bilindiyi cinayətlərin epizodları çox olduğu üçün 1 il 2 aydır ki istintaq davam edir.

Əldə etdiyimiz məlumata görə, Z.Sultanovun “şapka” kimi aldığı ən böyük məbləğ İrəvan Dram Teatrının tikintisinə ayrılan puldan olub. Dövlət büdcəsindən bu iş üçün ayrılan 11 milyon manatdan 200 min manatı tikintini həyata keçirən şirkət tərəfindən Zakir Sultanova qaytarılıb.

Bozalqanlı adına Aşıq Sənət Muzeyinin tikintisinə 5,8 milyon manat ayrılıb. Z.Sultanov tikintini həyata keçirəcək şəxsdən 100 min manatdan çox “şapka” alaraq mənimsəyib. Tovuz rayon Mədəniyyət Evinin yenidən tikintisinə ayrılan 5,4 milyon manatdan isə Z.Sultanova 50 min manata yaxın “pay” verilib.

DTX-nin ötən il mayın 8-də keçirdiyi əməliyyatdan 13 gün sonra, mayın 21-də Əbülfəs Qarayev Prezidentin sərəncamı ilə vəzifəsindən azad olundu. Həmin zaman iki yüksək vəzifəli şəxsi rüşvət və mənimsəməyə görə həbs edilən sabiq nazirin də istintaqa cəlb edildiyi, hətta həbs edilə biləcəyi haqda məlumatlar yayımlanırdı. Lakin müavinin istintaqı yekunlaşsa da, nazirin cinayət məsuliyyətinə cəlb edilməməsi Əbülfəs Qarayev üçün həbs təhlükəsinin sovuşduğunu göstərirdi. Lakin Hesablama Palatasının yoxlamaları əsasında Baş Prokurorluğun yeni maddələr və yeni epizodlarla cinayət işi başlatmasından məlum olur ki, Qarayevin başı üzərindəki qara buludlar hələ çəkilməyib.

Bir nazirlikdə nazirdən xəbərsiz milyonluq vəsaitlər necə mənimsənilib yaxud nazirin bu prosesdə rolu nə olub? Bu suallara yalnız keçmiş nazir Əbülfəs Qarayev özü ya da hüquq-mühafizə orqanları cavab verə bilər.

Qeyd edək ki, bu il yanvarın 5-də Anar Kərimov mədəniyyət naziri təyin edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Ağdamda iki hotel tikilir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin