BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
15505

Dövlət büdcəsindən maliyyə yardımı ayrılan partiyalar həmin vəsaitləri qaranlıq məqsədlərə sərf edə bilməyəcək. Hesablama Palatasının hakim Yeni Azərbaycan Partiyasında apardığı yoxlamalar bu qənaəti yaradır. Məlumatlara görə, proses YAP-la məhdudlaşmayacaq. Dövlət büdcəsindən maliyyə yardımı alan digər siyasi təsisatlarda yoxlamalar aparılacaq.

Bəs partiyalar nə düşünür, bu yoxlamalara ehtiyac varmı?

Valyuta.az xəbər verir ki, Respublikaçı Alternativ Partiyasının (REAL) yetkilisi Natiq Cəfərli bu barədə Hit.az-a açıqlamasında, bu suala cavab verib. 

N.Cəfərli bildirib ki, Hesablama Palatası büdcədən maliyyə alan bütün qurumlarda yoxlama apara bilər. 

“Əlbəttə ki, buna etirazımız yoxdur. Hesab edirik ki, siyasi partiyaların fəaliyyəti şəffaf olmalı, onlar maliyyə hesabatı verməlidir. REAL olaraq biz də hesabatımızı Mərkəzi Seçki Komissiyasına təqdim etmişik. Ona görə də bu yoxlamalarda hər hansı problem görmürük. O başqa məsələdir ki, Hesablama Palatası daha çox dövlət şirkətlərində yoxlamalar aparmalıdır. Bu sırada “Azərişıq”, “Azərsu” və digər dövlət inhisarları daxildir. Çünki cəmiyyətdə bu qurumlarda mənimsəmələrin olması ilə bağlı şübhələr var”, - deyə Natiq Cəfərli bildirib.

REAL təmsilçisi əlavə edib ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi proporsioanl seçki sisteminin institutlaşması və güclənməsi üçün proporsional seçki sisteminin bərpasına ehtiyac var: 

“Maliyyə yardımının bu halda ayrılması daha effektiv ola bilər. Məsələn, Türkiyədə belədir. Hesab edirik ki, proporsioanl seçki sistemi üzrə parlamentdə yer qazanan partiyalara müvafiq olaraq vəsait ayrılmalıdır və təbii ki, həmin siyasi təsisatlar da şəffaflığı təmin etməli, ayrılan maliyyənin hesabatını verməlidir. Eyni zamanda, Hesablama Palatası ehtiyac duyulduğu təqdirdə yoxlamalar aparmalıdır”, - deyə Natiq Cəfərli vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin