BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
11978

Fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan Azərbaycan vətəndaşı Rzayev Rəhim Əli oğlu 27 aprel 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə ərizə ilə müraciət edib.

Dövlət Gömrük Komitəsindən Valyuta.az-a verilən məlumata görə, vətəndaş müraciətində, Bakı Baş Gömrük İdarəsinin əməkdaşı ona məxsus yüklərin rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verdiyini bildirib. 

Şikayətçi qeyd edib ki, lakin özünü gömrük brokeri kimi təqdim edən Əli adlı şəxs ona zəng edərək 300 manat pul qarşılığında gömrük əməkdaşının vasitəçiliyi ilə həmin yüklərin sayılmadan və çeşidlənmədən buraxılışına şərait yarada bilər.

Ərizəçinin müraciəti əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları təxirə salınmadan əməliyyat tədbiri keçirib. Bu zaman Rəhim Rzayevin Əli adlı şəxsə nağd şəkildə verdiyi A75938841, B06792666, C44667176 seriya nömrəli, hər biri 100-lük əsginaslardan ibarət 300 manat məbləğində pul "Fortis Broker" MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyən Əli Nəsibovdan aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Nəsibov Əli Adil oğlunun fərdi sahibkarla heç bir mülki hüquqi müqavilə, eləcə də etibarnamə olmadan qanunsuz yolla aldığı 300 manat pul "yük gömrük xidmətləri" göstərilməsi adı altında "Fortis Broker" MMC-nin möhürüylə təsdiq edilən 853143 nömrəli mədaxil qəbzi ilə pərdələnib.

Bununla belə, faktla bağlı araşdırma aparılıb və müvafiq şəxslərin izahatı alınıb.

Özünü gömrük brokeri kimi təqdim edən Əli Nəsibovun izahatı alınarkən müəyyən edilib ki, o, orta təhsilli olmasına baxmayaraq, ali və ya ixtisas təhsili olmadan "Fortis Broker" MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsinə qəbul olunub. Bu sahədə gömrük qanunvericiliyinin tələblərini yetərincə mənimsəməsə də, gömrük təmsilçisi kimi fəaliyyət göstərməyə səlahiyyəti olmasa da gömrük borkeri kimi çalışıb və ayrı-ayrı vətəndaşlara məxsus yüklərin gömrük orqanlarından çıxarılması üçün vasitəçilik fəaliyyəti ilə məşğul olub.

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsasən, gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Məcəllənin 21-ci maddəsinə əsasən, gömrük təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına bildirməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin