
Azərbaycanın Türkiyə və Rusiyada turizm nümayəndəliyi açılacaq
Bu il Azərbaycanın Türkiyə və Rusiyada turizm nümayəndəliklərinin açılması planlaşdırılır.
Valyuta.az "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.
"Biz tender elan etmişik ki, bir sıra ölkələrdə, o cümlədən Çində, Yaxın Şərq və digər ölkələrdə nümayəndəlik xidmətlərini əldə edək. Pandemiyadan öncə bizdə belə bir təcrübə var idi. Belə ki, hansısa tərəfdaşlar bizim xarici ölkələrdə nümayəndəlik funksiyalarını yerinə yetirirdilər. Bu, nümayəndəlik deyil, nümayəndəlik xidmətinin göstərilməsidir”.
O qeyd edib ki, agentlik bu il yenidən o təcrübəyə qayıdır: “Tender elan edilib, nəticələr bilinəndən sonra ictimaiyyətə məlumat verəcəyik. Çalışacağıq ki, yaya qədər bu məsələ həllini tapsın".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay