BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
12308

Artıq yay mövsümünə yaxınlaşdıqca bütün dünya üzrə karantin qaydalarının yumşaldılmasının şahidi oluruq. Belə ki, bəzi ölkələrdə açıq havada maska taxmaqla bərabər, sosial məsafə qadağası, turistlərin 14 günlük karantində qalması da aradan qaldırılıb.
 
Bəs, maraqlıdır Azərbaycanda necə, yaya doğru turizmin dirçəldilməsi naminə bəzi qadağaları aradan qaldırmaq mümkündürmü? 

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, məsələ ətrafında danışan turizm üzrə ekspert Rəhman Quliyev turistlərin karantində qalmasının zəruri olmadığını bildirib:

"Məlum olduğu kimi bir il ərzində dünya iqtisadiyyatının əsasını təşkil edən turizm sektoru demək olar ki, tənəzzülə doğru getdi. Azərbaycanda da karantin səbəbi ilə tur rəhbərindən hotel işçisinədək bu sektordakı hər kəsə ziyan dəyib. Lakin demək olar ki, bu qaranlıq tunelin artıq sonuna doğru gəlib çıxmışıq. Azərbaycana gələn turistlərə tövsiyyə olunur ki, 14 gün ərzində özünü təcrid etsin. Lakin bir həftəlik tur paket götürən şəxslər necə 14 gün karantində qalsın ki? Sadəcə olaraq yaxşı olardı ki, ölkəmizə gələn turistlər sərhəddə TƏBİB nümayəndələri tərəfindən yoxlansınlar. Həmin yoxlanışının nəticəsi çıxanadək isə turistlərin şəhərdə hərəkətinə mane olmaq lazımdır".

Müsahibizimin sözlərinə görə artıq işğaldan azad oluna ərazilərə də turistlərin marağı çoxalıb. R.Quliyev İsrail, Türkiyə və Asiya ölkələrindən turistlərin Şuşa və Zəngilana maraq göstərdiyini qeyd edib:

"Artıq yerli və xarici turistlər Şuşa və Zəngilana turların təşkilini istəyirlər. Bu da məlum məsələdir. Belə ki, Zəngilanın təbiətinə nə İsveçrə, nə də Strasburq çata bilər. Orada elə yeraltı sular var ki, dünyada belə tərkibli su yoxdur. Həmçinin Zəngilanın  bitki örtüyü də zəngindir. İki mindən çox bitkinin müalicəvi əhəmiyyəti var. Lakin çox təəssüf olsun ki, bu ərazilərə üç il ərzində tur təşkil etmək mümkün olmayacaq. Çünki hələ də aşkarlanmamış minalar var və turistlərin belə yerlərə cəlb edilməsi təhlükəlidir. Ümumiyyətlə yerli əhali işğaldan azad olunan yerlərdə məskunlaşmayanadək bu ərazilərə turların təşkil edilməsi yaxşı olmaz".      

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin