"X" sosial şəbəkəsi "Grok" adlı süni intellekt çatbotunun pulsuz versiyasını sınaqdan keçirir
İndiyə qədər "X" sosial şəbəkəsi Elon Muskın digər şirkəti "xAI" tərəfindən hazırlanan "Grok" adlı süni intellekt çatbotunu yalnız ödənişli, premium istifadəçilər üçün təqdim edirdi. Lakin platforma çatbotun pulsuz versiyasını digər istifadəçilər üçün də açmaq niyyətindədir.
Həftəsonu bir neçə tətbiq araşdırmaçısı və istifadəçi müəyyən regionlarda "Grok" çatbotunun pulsuz versiyasının əlçatan olması ilə bağlı məlumat paylaşıb.
Valyuta.Az-ın "TechCrunch"a istinadən verdiyi məlumata görə, X ən azından Yeni Zelandiyada "Grok" çatbotuna pulsuz istifadəçilərin girişini sınaqdan keçirir.
"X" platformasında "Swak" adlı araşdırmaçının məlumatına əsasən, hazırda istifadəyə məhdudiyyətlər tətbiq edilib: "Grok-2" modeli ilə hər iki saatda maksimum 10 sorğu, "Grok-2" mini modeli ilə isə hər iki saatda 20 sorğu göndərmək mümkündür. Gün ərzində üç şəkil analiz sorğusu ilə məhdudiyyət də mövcuddur.
"Grok" çatbotunu pulsuz istifadə etmək üçün hesabınızın ən azı yeddi günlük olması və ona telefon nömrəsinin bağlı olması tələb olunur.
"xAI" avqust ayında "Grok-2" modelini "Black Forest Labs" şirkətinin "FLUX.1" modeli ilə dəstəklənən şəkil yaratma funksiyası ilə təqdim edib. Keçən ayın sonlarında isə şirkət bu modelə şəkilləri anlama bacarığı əlavə edib.
Bu xüsusiyyətlər yalnız Premium və Premium+ istifadəçiləri üçün mövcud idi. "Grok"un pulsuz istifadəçilərə təqdim edilməsi ilə "xAI" daha geniş istifadəçi bazasına və öz məhsullarını təkmilləşdirmək üçün daha sürətli geridönüş dövrünə nail olmağa çalışır. Beləliklə, "ChatGPT", "Claude" və "Gemini" kimi bazardakı digər modellərlə daha yaxşı rəqabət edə bilər.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay