BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
59364

Xəbər verdiyimiz kimi paytaxt Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayıb. Konvensiyanın tərəf dövlətlərinin prezidentlərinin, hökumət başçılarının, yüksəkvəzifəli şəxslərin iştirak etdiyi tədbirdə ölkənin birinci bankı “Kapital Bank” da “Paşa Holding”in nümayəndə heyətinin tərkibində iştirak edir.

Dayanıqlı inkişafa və ətraf mühitin qorunmasına daim həssas yanaşan “Kapital Bank” üçün bu tədbir xüsusi əhəmiyyət daşıyır. Belə ki, bankın COP29-da iştirakı iqlim dəyişikliyi ilə mübarizədə həm yerli, həm də qlobal səviyyədə töhfə vermək məqsədi daşıyır. Bu məqsədlə tədbirin Yaşıl Zona hissəsində “Kapital Bank”a məxsus stend qurulub. Stenddə bankın rəsmi nümayəndələri iştirakçılarla fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, qonaqların suallarını cavablandırırlar.

Eyni zamanda, bir neçə mövzuda təşkil edilən panellərdə “Kapital Bank”ın rəsmi nümayəndələri təmsil olunurlar. Tədbirin 2-ci günündə bankın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynov “Korportaiv Dayanıqlılıq” mövzusunda keçirilən paneldə spiker olaraq iştirak edib. Sədr çıxışında uzunmüddətli inkişafın təməlində məhz dayanıqlı yanaşmanın durduğunu vurğulayıb: “İqlim dəyişikliyi, sosial bərabərlik və etik idarəetmə kimi məsələlər müasir biznesin ayrılmaz tərkib hissəsidir. Dayanıqlı gələcək üçün ekoloji faktorlar nəzərə alınmalı, innovativ texnologiyalara sərmayə artırılmalıdır. Biz dayanıqlı maliyyə həlləri təqdim etməklə, yalnız müştərilərimizin deyil, eyni zamanda, bütün cəmiyyətin gələcəyini düşünürük”.

Tədbirin 4-cü günündə isə “Kapital bank”ın İdarə Heyətinin üzvü, baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə “Azərbaycanda Dayanıqlı KOS mühiti” mövzusunda baş tutacaq paneldə spiker olaraq iştirak edəcək.

Bu tarixi konfransın iştirakçısı olmaq istəyən hər kəs iticket.az saytından ödənişsiz olaraq bilet əldə edərək tədbirdə iştirak edə bilər.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — //kbl.az/prcrc.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Intel" CEO-su P.Gelsinger istefa verdi

"Intel" CEO-su P.Gelsinger istefa verdi

2025-ci il üçün dövlət büdcəsi zərfi ikinci oxunuşda qəbul edildi

Türkiyənin Azərbaycana təyin edilən yeni səfiri kimdir? - DOSYE

"Bakı Fond Birjası" Listinq Məsləhət Proqramını yeniləyib

Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edilib

Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI

ABŞ-nin Azərbaycandakı səfiri istefa verdi

"Yanacaq yağı qaçaqmalçılığı" İrana və dəstəkçilərinə 1 milyard dollar qazandırır - "Reuters"

"Yanacaq yağı qaçaqmalçılığı" İrana və dəstəkçilərinə 1 milyard dollar qazandırır - "Reuters"

Zakir Nuriyev: "Azərbaycanda elektrik və hibrid avtomobillərin kreditləşməsi kəskin artıb"

"Badamlı Mineral Sular" cərimələndi

Türkiyə Azərbaycana yeni səfir təyin edib

AMB: Valyuta ehtiyatları 3 illik idxalı maliyyələşdirməyə kifayət edir

Türkiyədə illik inflyasiya 47%-ə enib

Kərə yağı ilin əvvəli ilə müqayisədə 1 manatdan çox bahalaşıb - Rəsmi

AMB növbəti il iqtisadi artım üçün əsas risk faktorlarını açıqlayıb

UEFA "Qarabağ"ı 26 min avro cərimələyib

AMB: Hüquqi şəxslərin depozitlərində dollarlaşma səviyyəsi azalıb

“Elektron Hərrac Portalı"ı istifadəyə verilib

Bu rayonda su olmayacaq

ABA: Məsafədən bank hesablarının açılması təkmilləşdirilməlidir

“Varsansa, niyə yoxsan” kitabı çap olunub

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər

“PAŞA Bank” və “PAŞA Kapital”ın rəhbərliyinə təyinat olub

AMB rəsmisi: "Bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır"

Bu ərazilərə qar yağdı

Regional Su Meliorasiya Xidməti bu şirkətlə 940 min manatlıq müqavilə imzalayacaq

Neftimizin qiyməti bir dollardan çox ucuzlaşdı

Mərkəzi Nəbatat Bağının İdarə Heyətinə sədr təyin edilib

Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin