BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
58708

Pul qazanmaq bəzi şəxslər üçün çox çətin məsələ kimi görünsə də, bəziləri üçün bu prosesin asan olduğunun deyirlər. İndiki dövrdə pul qazanmağın yüzlərlə yolu var. Asan pul qazanan şəxslər də bunu əsas götürərək, “Kim qazana bilmirsə, günah özündədir” kimi fikir bildirirlər. 

Əsas məsələnin pul qazanmaq yox, pul qazanmağı istəməkdən başladığını deyirlər. Bəziləri isə elə düşünür ki, pul hər kəsə gəlmir. Yəni, nə qədər çalışsalar da, əziyyət çəksələr də, pul qazana bilmirlər.

Ümumiyyətlə, niyə bəzi adamlar pul qazana bilirlər, bəziləri yox?

Valyuta.az-a danışan şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç İlahə Adil deyir ki, hər insanın pul anlayışı və pul ilə bağlı xüsusi düşüncələri var:

“Uşaqlıqdan neqativ kodlanan, “Pul əl çirkidir”, “Pul hər pisliyin başıdır”, “Pulun olsa, xəstələnərsən” və ya “Sən heç vaxt çox pul qazana bilməyəcəksən” düşüncələrində və inanclarında formalaşdırılan, böyüdülən uşaqlar gələcəkdə pul yaratma prosesində çox çətinlik çəkirlər. Amma əksinə, uşaqlıqdan “Sən uğurlusan, “Sən hər şeyi rahatlıqla əldə edə bilərsən”, “Pul sənin həyatına rahatlıqla gəlir” inancında böyüdülən uşaqlar gələcəkdə çox rahatlıqla və asanlıqla pul yarada bilirlər”.

Kouç bildirdi ki, bizim daxilimizdə hansı ana kök inanclar bu dəqiqə funksiyadadırsa və hazırda hansı kök inanclar üzərində fəaliyyət göstəririksə, rezonans qanununa əsasən həmin o reallığı həyatımızda yaratmağa başlayırıq:

“Daxilimizdə keçirdiyimiz neqativ və ya pozitiv hisslər hiss seqmentini yaradaraq yer kürəsində olan reallığımızı təşkil edir. Ətrafımıza da nəzər salsaq görərik ki, daha rahat baxış bucağına sahib olan, problem yaratmağa meyilli olmayan, qarışqadan fil etmə xüsusiyyətinə malik olmayan insanlar daha rahat, produktiv və axıcı həyata malikdir. 21-ci əsrdə, elmin və texnikanın ən sürətli inkişaf etmiş vaxtında insanın beyin və şüur resursları yetərincə araşdırılmayıb. İnsan yer kürəsində ən ali yaradılış formasıdır və hələ də potensialı tam araşdırılmamış qalan möcüzəvi varlıqdır. Beynimiz, xəyal gücümüz, hisslərimiz reallığı yaradır. Yetər ki, özümüz oyanıb gücümüzə qovuşaq və həyatın sükanını əlimizə alaq. Pul insana Allahdan verilən ruzi ilə yanaşı, onun fəaliyyəti, bacarığı, işgüzarlığı və bolluq bilincində olub-olmaması ilə ölçülən bir vahiddir”.

“Pul qazanmaq üçün insanın məqsədi, motivasiyası və gələcəyə açıq baxış bucağı olmalıdır. Bizim natural istəklərimiz, maddi vəziyyətimizi müəyyən edir. Özümüzü, potensialımızı tanımaq, güclü və zəif tərəflərimizi dürüst görüb, onları analiz edib və pul savadlılığımızı artıraraq daha asan və produktiv bir pul qazanma resurslarını əldə etmiş olacaqsınız. Həyat cəsarətlilərə tabedir, yetər ki, həyatınızın sükanını öz əlinizə alasınız” – deyə, İlahə Adil əlavə edib.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" yeni süni intellekt modelini təqdim edib

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar...

Yaxın günlərdə Balakən qatarları fəaliyyətə başlayacaq

Xarici ticarətdə müsbət saldo son iki ildə kəskin azalıb - Rəqəmlər

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi

Daha 467 sahibkar cərimələndi

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Daha 2 ölkə Şengen zonasına qoşuldu

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi (YENİLƏNİB)

"Alfa-N Company" məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin