“Huawei” şirkəti Rusiya ilə bağlı qərarını verdi
Çinin nəhəng telekommunikasiya şirkəti "Huawei” Rusiya ilə əlaqələrini kəsmək qərarı verib.
Valyuta.az "Commonspace” saytına istinadən xəbər verir ki, şirkət Rusiyadakı işçilərini bir aylıq məzuniyyətə göndərib və Rusiyadan olan bütün yeni sifarişləri dayandırıb.
"Huawei” şirkəti Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən ölkəylə işləməyin riskini başa düşür.
Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları başlayandan şirkətin fəaliyyəti diqqət mərkəzinə düşüb.
"Huawei”nin İngiltərədə iki idarə heyəti üzvü şirkətin Rusiyanın addımlarını pisləmədiyinə görə istefa edib.
Rusiya rublunun qeyri-stabilliyi səbəbindən şirkət daşımalarında problem yarandığı bildirilir. Buna görə də Rusiyadan olan yeni sifarişlər dayandırılıb və şirkət çox sayda işçisi ilə yollarını ayırıb.
Bütün bunlar onu göstərir ki, yaxınlarda "Huawei” də Rusiyada fəaliyyətini tamamilə dayandıra bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay