BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
14785

Rəsmi məlumatlara əsasən, son bir ildə Azərbaycanda minik avtomobillərinin qiyməti 2 faiz yüksəlib.

Valyuta.az Sfera.az-a istinadən bildirir ki, 2020-ci ilin mayında bir ədəd minik avtomobilinin orta qiyməti 34,84 min manat olduğu halda, 2021-ci ilin mayında 35,5 min manata yüksəlib. Bir il ərzində minik avtomobillərinin orta qiymətində 660 manat artım var.

Statistik məlumatların müqayisəsi göstərir ki, mövcud qiymətlər 2015-ci ildə olan devalvasiyadan sonrakı ən yüksək qiymətlərdir. 2016-cı ilin mayında minik avtomobillərinin orta qiyməti 22,58 min manat idi. Həmin tarixlə müqayisədə minik avtomobillərinin qiyməti 57 faiz artıb.

Bəs, avtomobil bazarında nə baş verir? Hansı amillər qiymət artımlarına səbəb olur?

 

Valyuta.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sfera.az saytına açıqlamasında avtomobil bazarında son bir neçə ildə qiymətlərin kəskin yüksəlməsini yeni avtomobillərin idxal xərclərinin artması ilə əlaqələndirdi. 

Onun sözlərinə görə, son illərdə idxal edilən avtomobillərlə bağlı gömrük xərclərinin artdığını söyləyən ekspert qeyd etdi ki, idxalçılar bir neçə il əvvələ nisbətən indi daha çox vergi ödəyirlər:

"Qəbul edilən inzibati qərarlarda əsas məqsəd idxalın azaldılmasıdır. 2014-cü ildən ekoloji standartların tətbiqi, kreditləşmənin məhdudlaşması, gömrük rüsumlarının və aksiz vergisinin artırılması idxal edilən avtomobilləri bahalaşdırır. İdxal edilən avtomobillər bahalaşdığından ölkəmizdə olan köhnə avtomobillərin də dəyəri yüksəlir. Məsələn, 2015-2016-cı illərdə 10 min manata satılan istismarda olan avtomobilin qiyməti hazırda 15-16 min manatdır. Məntiqlə köhnəlməyə görə həmin nəqliyyat vasitəsinin qiyməti düşməli idi. Amma qəbul edilən qərarlara görə yeni avtomobillər bahalaşdığından alıcılar köhnə avtomobil bazarına yönəlir ki, bu da qiymətləri artırır”.

R.Osmanlı hesab edir ki, yeni avtomobillərin idxal şərtləri yumşaldılmasa, avtomobil bazarında qiymətlərin artması davam edəcək. 

Onun fikrincə, bu halda avtomobil parkı bir qədər də köhnələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

Səyahət edərək necə pul qazanmaq olar?

2027-ci ildə yeni nəsil smartfonlar olacaq

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq

Jurnalistə vəzifə verildi (FOTO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Ağdamda iki hotel tikilir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin