“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb
Çin hökumətinin milli təhlükəsizlik mülahizələrini əsas götürərək əmr etməsindən sonra “Apple” şirkəti bu ölkənin “App Store”sindən “WhatsApp” və “Threads” proqramlarını çıxarıb. AZƏRTAC bu barədə “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir.
“Apple” şirkətinin bəyanatında bildirilir: “Çinin Kiberməkan İdarəsi milli təhlükəsizlik baxımından bu proqramların Çin onlayn mağazasından silinməsi göstərişini verib. Fəaliyyət göstərdiyimiz ölkələrin qanunları ilə razılaşmasaq belə, onlara əməl etməyə borcluyuq”.
Proqramın silinməsi Çində 2023-cü ildə qəbul edilmiş və bu ölkədə fəaliyyət göstərən tətbiqlərin tənzimləyici orqanında qeydiyyatdan keçməsini tələb edən qanunla bağlı ola bilər. Keçən ilin avqustunda Çin hakimiyyəti tərtibatçıları 2024-cü ilin mart ayının sonuna qədər bu qaydaya əməl etməyə çağırıb, əks halda proqramlar ölkədə fəaliyyətini dayandıracaq.
© AZƏRTAC
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay