06.12.2023 / 16:30
Kəlbəcərin Yanşaq kəndi yenidən qurulur
38040
Kəlbəcər rayonunun Yanşaq kəndinin yenidən qurulmasına başlanılır.
Valyuta.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla əlaqədar dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi “Amazone” MMC seçilib.
Söküntü işləri 189.702,03 AZN-ə başa gələcək.
Yanşaq kəndi 421 ailə üçün nəzərdə tutulub. Lakin birinci mərhələ işlər 218 ailəlik üçündür.
“Amazone” MMC 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Şükürov Əbülfət Tapdıq oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay