BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
27102

İş tapmaqda çətinlik çəkən şəxslər üçün Dövlət Məşğulluq Agentliyinin layihələri səhrada suya bənzəyir. Belə ki, agentliyə müraciət edən şəxslər fərqli layihələrdə iştirak etməklə işlə təmin olunmaq fürsəti qazanırlar.

BAKU.WS-in məlumatına görə, Dövlət Məşğulluq Agentliyinə müraciət etdikdən sonra müraciəti cavabsız qalanlar da az deyil. Agentliyin açıqlamasına görə, müraciətlərə 5 iş günü ərzində baxılır və münasib iş təklifi edilmədiyi, işə götürən tərəfindən vakansiyadan imtina edildiyi təqdirdə həmin şəxslər işsiz kimi qeydiyyata alınır.

Hazırda işsiz kimi qeydiyyta düşən şəxslər üçün 175 sahə üzrə peşə hazırlığı həyata keçirilir. Bu siyahı ilə agentliyin saytında tanış olmaq mümkündür. Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almasıdır.

Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.

Qeyd edək ki, peşə hazırlığı layihəsinə müraciət etmək istəyən şəxslər yaşadığı rayon üzrə regional məşğulluq filiallarına müraciət edə bilər. Vətəndaşların orada qeydiyyatı aparılır, məşğulluq imkanları qiymətləndirilir və daha sonra peşə hazırlığı üzrə layihədə iştirak etmək istəyən müsahibələrə cəlb olunurlar.

Ödənişsiz əsaslarla təşkil edilən və 1-6 ay müddətində davam edən peşə hazırlığında iştirak edən işsiz şəxslər minimum aylıq əmək haqqı məbləğində (345 AZN) təqaüd ödənilir.

Layihə ilə bağlı əlavə məlumat öyrənmək istəyən şəxslər 142 - Çağrı Mərkəzi və ya (+994 12) 596 43 05 nömrələri ilə əlaqə saxlaya bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin