BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
26124

“Əmək pensiyaları haqqında” qanuna əsasən, bu aydan əmək pensiyaları indeksasiya olunaraq təxminən 15.0 faiz artırılmalıdır. Pensiyalar adətən ayın ortası ödənildiyi üçün artımların nə zaman veriləcəyi isə müzakirə mövzusu olub.

Valyuta.az xəbər verir ki, bu sözləri iqtisadçı-deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur:

“Bu ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu, o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda, gələn ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq. Xatırladım ki, pensiyalar yardımlar nəzərə alınmaqla indeksasiya ediləcək. 2022-ci ildə pensiyaçılara 200 manat yardım ödənilib. Bu, aylıq olaraq 16,7 manatdır. Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği bu aydan 416.7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq. Bu, o deməkdir ki, 400 manat pensiya alan vətəndaşımızın pensiyası təxminən 62 manat artacaq”.

Millət vəkili bildirib ki,  2022-ci ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika yanvar ayının sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq:

“Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fervral ayının pensiya məbləğinə əlavə olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

"Starbucks" kütləvi ixtisarlara hazırlaşır

Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI /FOTO

Azersun Holdinqin prezidenti vəfat edib

Təbiisi baha, ucuzu isə zərərli

Kapital Bank kibercinayətkarlıqla mübarizəni 2 qat gücləndirib ®

İqtisadi fəal əhalinin sayı açıqlanıb

2025-ci il üçün təbii qaz qiymətləri: "BofA"nın proqnozları

Hökumənin ailəsinin pul vəsaitinin qaytarılması ilə bağlı - “Kapital Bank”dan açıqlama

Londonda mobil tətbiq quran 23 yaşlı azərbaycanlı gənc: Hədəfimiz Britaniyanın ən yaxşısı olmaqdır - MÜSAHİBƏ

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin