Sosial
18.07.2022 / 10:51
Ünvanlı yardımın məbləği artırılıb - 347 manat olub
23039
Azərbaycanda dövlət vəsaiti hesabına verilən ünvanlı sosial yardımın məbləği bu il 35 faiz artıb.
Valyuta.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 90 manat artaraq 347 manata çatıb.
Qeyd edək ki, ünvanlı sosial yardım ehtiyac meyarı əsasında müəyyənləşdirilir. Bu il ehtiyac meyarının məbləği 170 manatdan 200 manata çatdırılıb ki, bunun sayəsində də ünvanlı yardımın məbləği yüksəlib.
Hazırda 40 min ailə üzrə 173 min nəfər ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay