BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
14244

Bakıda fəaliyyət göstərən “EGE Hospital”da əməliyyat olunan Xuçinayeva Fatimə Əli qızı komaya düşüb. 

Bu barədə Qaynarinfo-ya Fatimə Xuçinayevanın qızı Eren Xuçinayeva bildirib. 

Onun sözlərinə görə, “EGE Hospital”da anasını 11 dəfə əməliyyat ediblər. “Anam fevral ayından “EGE Hospital”dadır.  Fevralın 15-də bağırsaq keçməzliyindən əməliyyat olunub. Əməliyyat zamanı həkimlər anamın bağırsağını deşib klebsiella mikrobu salıblar. Bundan sonra anamın vəziyyəti ağırlaşıb. Artıq 4 aydır xəstəxanadadır. 11 dəfə əməliyyat olunub. Yalnız bunun 3-nə razılığımız olub. Amma 8 dəfə bizdən xəbərsiz 63 yaşlı qadını əməliyyat ediblər. İyun ayından isə anamı görməyə qoymayıblar. Faktiki olaraq anamı gizlədiblər”, - deyə Eren Xuçinayeva bildirib.

Şikayətçinin sözlərinə görə, klinikanın rəhbərliyi vəziyyəti belə görüb onları ələ almağa çalışıb: 

“Mənə dedilər ki, bütün xərcləri ödəyəcəyik. Amma siz heç yerə şikayət etməyin. Lakin sonradan gördüm ki, bütün öhdəlikləri üzərimizə götürdüyümüz barədə sənədə imza etdirmək istəyirlər. Bundan imtina etdik. Mayın 31-dən məni anamı görməyə qoymadılar. İndi isə deyirlər ki, komaya düşüb. Hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Qoy gəlib görsünlər ki, “EGE Hospital”da nələr baş verir. Bunların səhvi üzündən 80 min manat pul xərcləmişəm. Evimi, maşınımı satmışam”.

Eren Xuçinayeva bildirib ki, anasının bu vəziyyətə düşməsində “EGE Hospital”ın təsisçisi Barat Yusifov, onun xanımı Gültəkin Yusifova və baş həkim Aqil Ağakişiyev təqsirkardır. 

“Bu 3 nəfər faktiki olaraq məni şantaj edir. Sənədləri imzalamadığıma, onların səhvinə göz yummadığıma görə 18 gün anamı məndən gizlədiblər. 63 yaşlı qadını 11 dəfə əməliyyat edərək komaya salıblar. İndi məni şantaj edirlər. Mən sona qədər bu məsələnin üstünə gedəcəm”, - deyə şikayətçi vurğulayıb.

Dünən gecə saatlarında Eren Xuçinayeva xəstəxananın qarşısında olub. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib. 
“Nəhayət mənə anamı görməyə icazə verdilər. Vəziyyəti ağırdır, komadadır. Xəstəxana rəhbərliyi isə anamın üzərində aparılmış 8 qanunsuz əməliyyatı rəsmiləşdirmək üçün bizə sənədləri imzalatdırmağa çalışır. Bütün bunların foto-video sübutları var. Prokurorluğa da müraciət etmişəm. Hazırda bu məsələ prokurorluqda araşdırılır”, - deyə Xuçinayeva bildirib.

Məlumat üçün deyək ki, Fatimə Xuçinayeva Rusiya vətəndaşıdır. Şikayətçi məsələ barədə Rusiya Xarici İşlər Nazirliyinə də müraciət edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin