BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
8805

Əkrəm Həsənov: "Əmlakını bəyan etməyən şəxs məsuliyyət daşıyacaq"

Ramil Qasımzadə: "Əmlak amnistiyası bank və sığorta sektorunun inkişafına təkan olacaq"

Xəbər verdiyimiz kimi, Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabatda bildirilib. Məqsəd iqtisadiyyatında şəffaflığın artırılması istiqamətində iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir. 

Valyuta.az xəbər verir ki, hesabatda əmlak amnistiyası sahəsində beynəlxalq standartlar və kapital amnistiyası tətbiq edən ölkələrə dair tələblər təhlil olunub. Mövcud prosedura uyğun olaraq üzvü olduğumuz Avropa Şurasının MONEYVAL Komitəsinin katibliyi Azərbaycanda kapital amnistiyasının tətbiqi prosedurlarına başlanılması barədə məlumatlandırılıb və hazırda bununla bağlı hazırlanmış layihələr üzərində iş aparılır. 

Bəs əmlak və ya maliyyə amnistiyası nədir? Bunun iqtisadi sferada nə əhəmiyyəti olacaq? 

Valyuta.az-ın bu və digər suallarını öncə hüquqşünas Əkrəm Həsənov cavablandırıb. 

Vergini ver, canını qurtar

Bir çox ölkələrin bu təcrübədən istifadə etdiyini və uğur qazandığını deyən ekspert qeyd edib ki, əmlak amnistiyasinin verilməsi üçün xüsusi qanun qəbul edilməlidir: "Orada şərt qoyulur ki, kimin nə qədər daşınar və danışmaz əmlakı, pulu varsa, onu bəyan etsin. Bəyan edəndə onun müəyyən bir hissəsini, tutaq ki, 10%-ni vergi versin. Qalanını isə dövlət həmin vətəndaşın əmlakı kimi tanıyır, sənədləşdirir. Bundan sonra artıq heç vaxt həmin şəxs ona məxsus olan əmlakı, maliyyə vəsaitlərini necə əldə etməsi barədə sorğu-sual edilməyəcək. Yəni, faktiki olaraq dövlət kimin hansı yolla pul qazanmasına göz yumur. Buna qədər nə baş veribsə, kim necə qazanıbsa bağışlanır, amma bundan sonra belə olmayacaq”.  

Ə.Həsənov əlavə edib ki, həmin qanun qüvvəyə mindikdən sonra hamı, xüsusən də dövlət məmurları öz gəlir və xərclərini bəyan etməlidir. Əks halda, suallarla qarşılaşa bilərlər: “Yəni, əmlak amnistiyasından sonra kimsə öz gəlirlərini və ya əmlakını gizlədə bilər. Sonradan müəyyən olunar ki, filankəsin əynindəki kostyumun 50 min manat qiyməti var. Və ya çox bahalı maşın istifadə edir. Yaxud ailəsi hər il xaricə istirəahətə gedir və 500 min manat pul xərcləyir. O zaman ondan soruşacaqlar ki, bu qədər pul hardandı? Məhz əmlakını bəyan etmədiyinə görə məsuliyyət daşıyacaq. Əgər həmin şəxs əvvəlcədən əmlakını bəyan edərsə, o zaman sorğu-sual olunmayacaq. Çünki hökumət artıq onun nə qədər əmlakının olduğunu biləcək”. 

Əmlakı üzə çıxarsa...

Azərbaycanda əmlakların və maliyyə vəsaitlərinin daha çox korrupsiyadan qaynaqlandığını deyən hüquqşünas,  onun bir hissəsinin qanunsuz sahibkarlıqdan, vergidən yayınmaqla əldə edildiyini də xatırladıb. Bunlara baxmayaraq, əmlak amnistiyasının həm dövlətə, həm də vətəndaşlara faydalı olduğunu vurğulayıb: “Azərbaycana yerli sərmayəçilər öz əmlaklarını, maliyyə vəsaitlərini iqtisadiyyata yatırmaqdan qorxur. Əllərindəki əmlak üzə çıxarsa, soruşarlar ki, hardandı? Ona görə də bir çoxları əmlakları və ya maliyyə vəsaitlərini ya başqasının adına alır, ya da offşor zonalara yerləşdirir, bir sözlə, gizlətməyə məcburdurlar. Gizlədilən aktiv isə iqtisadiyyat üçün işləmir. Onlara amnistiya verilərsə, həmin aktivlər ölkə iqtisadiyyatının inkişafına sərf oluna bilər”. 

Sorğu-sualdan qorxmayın! 

Bəs əmlak amnistiyası vətəndaşa nə verəcək? 

Ə.Həsənov suala cavab olaraq bildirib ki, bununla insanların mülkiyyət hüququ tanına və vərəsəliklə bağlı qayğıları aradan qalxa bilər: “Bu gün əmlakı, maliyyə vəsaiti olan şəxslər hətta onları başqasının adına rəsmiləşdirməyə də qorxur. Çünki gələcəkdə həmin əmlakların öz ailəsinə verilməməsindən ehtiyat edir. Yəni, hamı nə yolla olsa da qazandığı əmlakın öz adına olmasını istəyir ki, gələcəkdə vərəsələrinə keçə bilsin. Dövlət də əmlak amnistiyası verməklə bunu təmin edir. Vətəndaşın həm gələcək üçün təminatı yaranır, həm də əlində olan pulları xaricdə, yaxud ölkə daxilində yatırım edə bilər. Və artıq suallardan qorxmayacaq. Pulu da iqtisadiyyata qoyacaq, inkişafa sərf olunacaq”.

Əmlak amnistiyasının iqtisadiyyatın inkişafına  təkan verdiyini vurğulayan hüquqşünas, mülkiyyət hüququna hörmət olunmasını vacib sayıb: “Hər bir cəmiyyətdə inkişafın, iqtisadi artımın əsas qüvvəsi mülkiyyətçilərdir. Hətta dövlətçiliyin də dayağı onlardır. Ona görə də amnistiya olmalıdır ki, nəhayət, Azərbaycanda sabit mülkiyyətçilər zümrəsi əmələ gəlsin”. 
 
Sənədsiz evlərə “yaşıl işıq”

"Unipirice" Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru Ramil Qasımzadə də hesab edir ki, əmlak amnistiyası sənədsiz evlərin qeydiyyati ilə bağlı problemlərin aradan qalxmasına təkan olar. 

Onun sözlərinə görə, belə bir qərarın verilməsi əmlak bazarının canlanmasına, sosial həyatın təmin olunmasına daha müsbət təsir göstərər: “Bəzən insanlar sənədsiz evləri hətta onu tikmək üçün çəkdikləri xərclərdən aşağı məbləğə satmaq məcburiyyətində olurlar. Digər tərəfdən, vətəndaşlar belə evləri almaq istəmirlər. Çünki sənədsiz evin sabahki taleyini dəqiq bilmirlər. Bu da evlərin alqı-satqısı ilə bağlı proseslərə mənfi təsir göstərir. Sənədsiz evlərin əmlak vergisinə cəlb olunması da mümkün deyil. Nəticədə dövlət büdcəsi hər il milyonlarla vəsait itirir. Həmin evlər əmlak vergisinə cəlb olunarsa, birbaşa  dövlət büdcəsinə daxilolmaları artırar”. 

Amnistiya bankları da sevindirəcək

R.Qasımzadə əmlak amnistiyasının bank və sığorta sektorunun inkişafına təkan olacağını vurğulayıb. Evlər sənədləşdirildikdən sonra daşınmaz əmlakın icbari sığortasının həyata keçiriləcəyini deyən mərkəz direktoru bunun sığorta sektoruna müsbət təsir göstərəcəyi qənaətindədir. Bundan sonra könüllü sığortalar da arta bilər. Əmlak amnistiyasının digər müsbət tərəfi bank sektorunda hiss olunar. 

“Sənədsiz evlər girov kimi qəbul olunmur. Onlar faktiki olaraq aktiv kimi qəbul edilsə də, girov qoyula bilmədiyindən iqtisadi proseslərdən, bazardan kənarda qalıb. Tutaq ki, vətəndaş hər hansı iş üçün yatırım etmək istəyir. Onun əmlakının sənədinin olmaması həmin vəsaiti, krediti əldə etməyə imkan vermir. Ancaq sənədləşmə reallaşarsa, həmin əmlakların girov kimi qəbul edilməsi, kreditlərin həcminin artması gözlənilir” - deyə ekspert diqqətə çatdırıb.

R.Qasımzadə hesab edir ki, əmlak amnistiyasının verilməsi, ümumiyyətlə, iqtisadi proseslərin surətlənməsinə müsbət təsir göstərən amillərdəndir. Bildirib ki, artıq Əmlak Məsələləri Dövlət Xidməti torpaqların əldə edilməsi və ya icarəyə götürülməsi, eləcə də qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi və ya icarə götürülməsi zamanı ədalətli bazar dəyəri prinsipini həyata keçirməyə başlayıb. Bu öz müsbət effektini verir.

R.Qasımzadə əlavə edib ki, digər qurumların bu işin həyata keçirilməsi və əmlaka yanaşmada ədalətli bazar dəyəri prinsipini tətbiq etməsi həm iqtisadi prosesləri surətləndirər, həm də büdcə daxilolmalarını artıra bilər.   

Zeynəb Vəkil
Valyuta.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İclasa gecikən işçi ilə rəhbərlik necə davranmalıdır?

Bakıda “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

Teymur Musayev Talışinskiyə vəzifə verdi

Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsinin həcmi – Rəqəmlər

Sosial mediadan istifadə iş həyatına necə təsir edir?

Sosial mediadan istifadə iş həyatına necə təsir edir?

Ukraynanın 2050-ci ilədək ödəyəcəyi borcun məbləği açıqlanıb

Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edir ®

İlk mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfər köçürüləcək

Bitcoinin qiyməti yenidən 120 min manatı ötüb - Kriptovalyutaların qiymətləri

30 illik biznes həyatından sonra hobbisinə yönələn iş adamı -  “Mobitel”in Prezidenti ilə müsahibə

30 illik biznes həyatından sonra hobbisinə yönələn iş adamı -  “Mobitel”in Prezidenti ilə müsahibə

Məlumatları özündə "əbədi" saxlayacaq fləş-kart yaradıldı

Zaqatalaya dolu düşüb, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti bahalaşıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlandı

Bu ərazilərdə qaz olmayacaq

Türk lirəsi bahalaşdı - Məzənnə

Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - Video

Dünyada ən çox davam edən göy qurşağı: 8 saat 58 dəqiqə

Saatlıq minimum əməkhaqqına keçid maaş artımına necə təsir göstərəcək?

Dubay sahillərindəki süni adalarda ən bahalı villalar təqdim edilib

Rusiyaya qarşı sanksiyalar ABŞ dollarına necə təsir edəcək? - FED-dən açıqlama

Yaponiya sahillərində 6 bal gücündə zəlzələ olub

“Google” Finlandiyada məlumat mərkəzini genişləndirmək üçün 1,1 milyard dollar xərcləyəcək

"Yandex" kuryerləri əvəzləyəcək robotlar hazırlayır

FT: ABŞ G7 ölkələrini Kiyevə Rusiya aktivlərindən təminatla kredit verməyə inandırır

Çjou Şijun: Qərb proteksionizmi bərpa olunan enerjiyə zərbə vuracaq

"Danone" Rusiyadakı aktivlərinin satışını başa çatdırdı

Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq etdi

"Apple" "iPhone 16"nın istehsalına nə vaxt başlayacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin