BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
7885

Fevralın 19-da “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib.

Valyuta.Az xəbər verir ki, 200-dən çox iştirakçının qatıldığı vebinarda energetika naziri Pərviz Şahbazov “Zamanın idarə olunması” mövzusunda təqdimatla çıxış edib. Vebinarın moderatoru "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev olub.

Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan və dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin ölkəmizdə peşəkar kadr potensialının aşkara çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Nazir bildirib ki, müsabiqəyə müraciətlərin, marağın çox olmasını layihənin uğurlu təşkilatçılığının göstəricisidir.

Nazir, həmçinin qeyd edib ki, hansı sahədə çalışmasından asılı olmayaraq, gələcək barədə aydın hədəfi olmaq və bu hədəfi reallaşdırmaq üçün doğru qərarlar qəbul etmək hər bir menecerin, idarəedicinin uğurunun ilk şərtidir. O deyib: “Yaxın tarixə nəzər salsaq, ulu öndər Heydər Əliyevin hakimiyyət karyerası bu baxımdan parlaq nümunələrlə zəngindir. Ulu Öndərin hələ sovet dövründə Azərbaycanın gələcəyi ilə bağlı strateji baxışları və buna yönəlik qərarları o dövrdə olduğu kimi, müstəqillik illərində də öz bəhrəsini verir. Onun təxminən 20-25 il əvvəl imza atdığı layihələr bu gün və gələcək üçün davamlı nailiyyətlərin mənbəyidir”.

Pərviz Şahbazov vurğulayıb ki, müasir zamanda idarəçiliyin əsasını həm də uğurlu kommunikasiya təşkil edir. Nazir iştirakçılara tövsiyələrində bildirib ki, peşəkarlıq, hər bir görülən işdə hədəflərə çatmaq üçün səbirli davranmaq, ətrafındakıların fikirlərindən yararlanmaq, çox işləmək, özünə inanmaq inkişaf üçün çox vacibdir. Liderliyin mərkəzində dayanan keyfiyyətlər isə doğruluq, düzgünlükdür.

Energetika naziri Pərviz Şahbazov sonda yarımfinala yüksələn iştirakçılara təbriklərini çatdırıb və uğurlar arzulayıb. Pərviz Şahbazov Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan “Yüksəliş” müsabiqəsinin milli və dövlətçilik dəyərlərimizə, qanunlara hörmətlə yanaşan, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirən, bu meyarları əsas tutan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi istiqamətində ümidləri doğruldacağına inamını ifadə edib.

Vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib. İştirakçılarla qarşılıqlı müzakirə formatında aparılan vebinarda, həmçinin onların sualları cavablandırılıb.

Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir.

Hazırda “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 300-ə yaxın namizəd iştirak hüququ qazancaq.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin