BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8905
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2371
7666

“Azərbaycan nefti üçün bizim hədəf bazarımızı əsasən Aralıq dənizi hövzəsi təşkil edir. Lakin, pandemiya dövründə Aralıq dənizi hövzəsində məhsula tələbat azaldığından Azərbaycan nefti Asiya, xüsusilə Uzaq Şərqi Asiya, Cənub-Şərqi Asiya ölkələrinə də nəql olunurdu”.

Valyuta.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, bunun nəticəsində SOCAR müəyyən dərəcədə itkilərini azaltmağa və ölkə üçün qazancını artırmağa nail olub:

“Bütün bunlar gündəlik verilən qərarlar əsasında baş tutur. SOCAR Trading hər il yüzlərlə istiqamətdə neft və neft məhsullarının nəqlini və satışını həyata keçirir. Təkcə Azərbaycanın deyil, üçüncü tərəflərin də neft məhsullarını alaraq müxtəlif qitələrdəki ölkələrə nəql edir. Bunlar əsasən spot (birdəfəlik) və qısa müddət üçün qərarlaşdırılan satışlardır. Lakin, bəzi hallarda SOCAR Trading həm də tenderlərdə iştirak edir. Bununla yanaşı uzunmüddətli müqavilələr də bağlanır”.

İbrahim Əhmədov əlavə edib ki, hazırda Belarusa neftin çatdırılması ilə bağlı bir illik müqavilə imzalanıb. Bunlar da birdəfəlik (spot) satışları əhatə edir və daha əvvəl isə bir il ərzində Belarusa təxminən bir milyon tona yaxın neft satılıb.

O qeyd edib ki, uzunmüddətli müqavilələrin olub-olmaması şirkətin biznes effektivliyinin göstəricisi yaxud bunun əksinin ifadə etmir:

“Həm spot şərtlər, həm də uzunmüddətli şərtlər əsasında satışlar baş tuta bilər. Hər ikisinin özünəməxsus üstünlükləri mövcuddur. Burada kommersiya baxımından fərq o qədər də böyük deyil. Bütün hallarda demək olar ki, bizim satış bazarımız mövcuddur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qazaxıstanın “Xalık Bank”ı 50 milyon dollar dəyərində GDR alacaq

Analitikdən xəbərdarlıq: ABŞ əsas faiz dərəcəsini bir anda 0,5 faiz endirə bilər

ABŞ-da AI infrastrukturunun inkişafı üçün 30 milyardlıq fond yaradacaq

"CASPİAN ROAD" cərimələndi

"iPhone"lar iOS yeniləməsindən sonra kütləvi şəkildə çökür

Rusiya ilə ödəniş problemi Türkiyə iqtisadiyyatına necə təsir edib?

Beynəlxalq Valyuta Fondu Rusiya ilə məsləhətləşmələri təxirə saldı

"Amal" Firması 10 min manat cərimələnə bilər

Ukraynada silah istehsalçıları nə qədər qazanır? - Baş direktordan cavab

DGK "Empire Medizentrum"a protokol yazdı

Alimlər ucuz və yüngül gecə görmə eynəkləri üçün texnologiya yaratdı

"GEOKON" məhkəmə qarşısında

"Instagram"da 18 yaşdan kiçiklər üçün yeniyetmə hesabları olacaq

Rusiyaya qarşı sanksiyalar Cənub-Şərqi Asiya ölkələrini "vuracaq" - Səbəblər açıqlandı

Hindistan ucuz Rusiya neftini almaqdan imtina etməyəcək

FHN-nin Ağdamla bağlı 3 milyon yarımlıq layihəsi

Dost olmayan ölkələr Rusiyadan 264 milyon dollarlıq titan alıb

Mərkəzi Bank “Azərikard”a müddətsiz lisenziya verib

"Hazarport"a protokol tərtib edildi

Bu nazirin müavini bir deyil, iki nəfər olacaq - Dəyişiklik

Birbank-la hər gediş 20% keşbek qazandırır®

Bəzi ixtisaslarda yüksək olan əməkhaqqı gələcəkdə azalacaq - SƏBƏB

Bakıda bu məktəblərin I sinifləri dolub, yer yoxdur - SİYAHI

Gələn il əhalinin xərclərinin 87 milyard manata çatacağı proqnozlaşdırılır

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət

"Türk Qrup" şirkəti əmək qanunvericiliyini pozub?

İlqar Mustafayev 2 milyon manatı mənimsəməkdə ittiham olunur

Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı

Leyla Əliyeva uşaq bağçasının açılışında (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin