BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9559
  • RUB
    2.1627
  • TRY
    0.043
  • GBP
    2.2854
55796

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, son 10 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 189,8 min baş, qoyun və keçilərin sayı 1 milyon 584,8 min baş, donuzların sayı 1,3 min baş, atların sayı 22,3 min baş, eşşəklərin sayı 25,1 min baş, qatırların sayı 100 baş azalıb. 

Azərbaycanda heyvandarlığa marağın azalmasının səbəbləri nələrdir? Növbəti illərdə bu sahəni nələr gözləyir?

Valyuta.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, heyvanların baş sayının azalması ona görə baş verir ki, Azərbaycanda təbii biçənək ərazilərinin, örüş sahələrinin çoxu əkinə verilib:

“Azərbaycanda həm örüş sahələri, həm də biçənək sahələri azalıb. Digər tərəfdən də yem istehsalı da kəskin şəkildə aşağı düşüb. Azərbaycanda ot istehsalı tələbatdan iki dəfə aşağıdır. Digər yem növlərinin istehsalı isə ümumiyyətlə çox zəifdir. Məsələn, yem çuğundurunun istehsalı tələbatın bir faizi qədər də deyil. Hətta elə yemlər var ki, Azərbaycanda istehsal edilmir. Yemin olmaması heyvanların baş sayının azalmasına gətirib çıxarır. Azərbaycan 2018-ci ildə hər il 2 milyon ton qüvvəli yem istehsalı edilməsi ilə bağlı Dövlət Proqramı qəbul etmişdi. Amma təəssüf ki, ildə 150 min ton yem istehsal olunmuşdu. Heyvandarlığı artırmaq üçün yem istehsalını, təbii biçənək sahələrini artırmaq lazımdır”.

Ekspert bildirdi ki, yaxın zamanlarda yemçiliyi inkişaf etdirməsək, heyvanların da sayı azalacaq, ətin və südün də qiyməti artacaq:

“Ət və süd idxalı artacaq, amma idxal ətin və südün qiymətinə təsir edəcək. Dünya bazarlarında hazırda südün qiyməti Azərbaycandan iki dəfədən çox ucuzdur. Burada daşınma xərcləri, digər xərclər və monopoliya da bazara təsir edir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"YouTube Shorts"a pul qazanmağı asanlaşdıran yenilik gəldi

"Microsoft"da növbəti ixtisar dalğası: Minlərlə insan işsiz qala bilər

"Samsung" zəlzələni xəbər verən sistem hazırlayır

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

AAYDA-nın sədri Mayis Qədirovu direktor təyin etdi

Azərbaycanda bu yazıçılara 350 manat veriləcək

Naxçıvanda icra başçılarını Azərbaycan Prezidenti təyin edəcək

Tələbə təqaüdləri artırılır? - Rəsmi AÇIQLAMA

Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi qaydası dəyişir

Sabahın hava proqnozu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR, ÖLKƏLƏR

Bakı-Qazax qatarına bilet qiymətləri açıqlandı - RƏSMİ

"OpenAI" və "Microsoft" arasında gərgin danışıqlar - 20 milyard dollarlıq risk

“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub

“Amazon” süni intellektlə bağlı planlarını açıqladı - Minlərlə işçi ixtisar ediləcək

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Şirniyyat biznesi satılır - QİYMƏT

Sənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur?

Bakıda məşhur şirniyyat mağazasının fəaliyyəti dayandırıldı

“Veteran pulu” ilə bağlı AÇIQLAMA

Lokalizasiya: hədəf auditoriyanı tanımadan uğur mümkündürmü?

Neftimizin qiyməti 82 dolları keçdi

Azərbaycan bu ölkədən 1 ton bilyard əşyasını 5 892 manata alıb

Şirkətlər ona şans vermirdi, o da öz şirkətini qurdu – Məşhur reperin uğur hekayəsi

Şirkətlər ona şans vermirdi, o da öz şirkətini qurdu – Məşhur reperin uğur hekayəsi

Rubl və avro bahalaşdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin