BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.859
  • 1 Rusiya rublu
    0.0176
  • 1 Türkiyə lirəsi
    0.0496
  • 1 İngiltərə funt sterlinqi
    2.2184
55802

1978-ci ildə bir gün ingilis mühəndis və konstruktor Ceyms Daysonun tozsoranı xarab olur. Onu sökdükdən sonra ixtiraçı dizaynın qüsurlarından çox təəccüblənir. Toz toplama çantası tez bir zamanda tıxanır və cihazın gücünün çox hissəsi boşa gedir, ona görə də öz tozsoranımı dizayn etmək qərarına gəlir. 

Valyuta.az xəbər verir ki, ilk növbədə, Dayson toz zibil torbasından qurtulmaq istəyir, sonra tozsoran üçün siklon prinsipini tətbiq etmək fikri meydana çıxır.

Sonsuz əzmkarlıq nümayiş etdirən istedadlı mühəndis bir vaxtlar Tomas Edisonun işinə yanaşma tərzini əsas götürür: “Mən uğursuz olmamışam. Mən sadəcə işləməyən 10.000 yol tapdım”. Edison kimi, Ceyms Dayson bir-birinin ardınca prototip yaradır, daima yeni fikir və ilham mənbələri axtarır.

O, külli miqdarda borc götürüb evini girov qoymalı olur. Lakin bu da ixtiraçıya ideyanı həyata keçirməyə mane olmur. Ceyms toyuq yetişdirməyə, tərəvəz yetişdirməklə məşğul olan, həmçinin sənət dərsləri təşkil etməklə ailənin dolanışığını çıxaran həyat yoldaşı Dierdredən böyük dəstək alır.

5 ildən sonra və 5127 prototip (!) yaradan Ceyms nəhayət uğur qazanır və daimi yüksək sorma gücünə malik mükəmməl tozsoran istehsal edir. Lakin ixtiraçı öz ixtiracını sata bilmir. Bir çox tanınmış istehsal şirkətləri Daysonun layihəsini rədd edir və bu da heç təəccüblü deyildi, çünki o dövrdə tozsoran torbaları bu şirkətlər üçün əsas gəlir mənbəyi idi.

Yalnız 1986-cı ildə kiçik bir yapon şirkəti onun istehsal etdiyi alətlə maraqlanır və G-Force tozsoranlarının istehsalı üçün lisenziya alır. Satışlar bütün gözləntiləri aşır, Ceymsə əldə etdiyi gəlirləri İngiltərədə istehsal qurmaq üçün istifadə etməyə imkan verir. “Dayson” adlı şirkət yaradır və öz tədqiqat mərkəzini açır. Müxtəlif sahələrdə ixtiralar inkişaf etdirir. Mərkəzin yaratdığı ixtiralar arasında: iki barabanlı paltaryuyan maşın, cib kompüterinə qoşulan “ağıllı eynək” və yığcam DDM elektrik mühərriki var.

Ceyms Dayson həmçinin öz xeyriyyə fondunu və gənc istedadlı ixtiraçılar üçün mükafat təsis edir. 2017-ci ilin sentyabrında o, dünyanın ən istedadlı və perspektivli mühəndislərinə ənənəvi universitet təhsilinə uyğun alternativ təklif etmək üçün Malmesbury Texnologiya İnstitutunu açır. Tələbələr təhsil müddətində əməkhaqqı alırlar və dörd illik proqramı bitirdikdən sonra layiqli əmək haqqı qazana bilirlər.

2019-cu ildə Bloomberg 13,8 milyard dollar sərvəti ilə Ceyms Daysonu Böyük Britaniyanın ən varlı adamı adlandırır.

“Bir çox insanlar bütün dünyanın onlara qarşı olduğunu hiss etdikdə təslim olurlar, lakin bu, daha çox hərəkətə keçmək üçün bir səbəbdir. Bu qaçışdakı vəziyyətə bənzəyir. O vaxt ki bütün bədənin ağrıyır və dayanmaq istəyirsən, deməli, bütün gücünü qoymağın vaxtıdır. Çox vaxt belə hallar uğura çox az qalmış baş verir”, - Ceyms deyir.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu hallarda ailəyə görə əsgərlikdən möhlət verilir - Rəsmi AÇIQLAMA

2024-cü ilin ən yaxşı şəhəri açıqlandı

İş həyatında sağlamlığınıza nə təsir edir? - Diqqət olunmalı məqamlar

BƏƏ-dən kriptovalyutalarla bağlı vacib addım

Xaricdə işləməyin yolları - Özümüzü necə hazırlayaq?

Məhkumluğu olan və bəraət alan şəxslərə vəzifə verilməsi: QANUN NƏ DEYİR?

Ən sürətli "Porsche" bəlli oldu

"Dünyanın ən gözəl işi"ni tapdı

Qiymət 30 faizdən çox artıb, bəs keyfiyyət?

İnsanlar öz evlərinin damına günəş panelləri quraşdıra bilərlərmi? - AÇIQLAMA

5 addımda işdəki stresi aradan qaldırın

Ötən ay Azərbaycanda bu məhsullar ucuzlaşıb

Vüqar Qurbanovdan yeni təyinat

Vüqar Qurbanovdan yeni təyinat

Şahdağın yüksəkliklərinə qar yağıb - FAKTİKİ HAVA

COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirdi

İcra başçısı şöbə müdirini məktəbə göndərdi - Müəllimlər arasında dava məhkəmədə bitdi

Ekspert: Yeni sərəncam istehsal müəssisələrinin suya qənaət etməsinə səbəb olacaq

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Deputatların maaşından hər ay nə qədər vergi tutulur?

Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı (VİDEO)

Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı (VİDEO)

Bəzi rayonlara dolu düşəcək, qar yağacaq

Azərbaycanlılara xaricdə ev aldıran səbəblər

Paytaxtda 9 ay ərzində baş verən qəzalar hansı səbəbdən yaşanıb? (VİDEO)

İctimai nəqliyyatda gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? (AÇIQLAMA)

Bakıya ilk qar nə zaman yağacaq? (AÇIQLAMA)

Bakıya ilk qar nə zaman yağacaq? (AÇIQLAMA)

Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?

"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

Türkiyədən bu ölkələrə “beyin köçü” baş verir - RƏSMİ

"Qazprom" Çinə tədarükünü planlaşdırdığından çox artırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin