BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8843
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2351
54755

Pərvanə Həsənova
    İnsan Resursları mütəxəssisi 

İstedadların saxlanılması və idarəolunması hazırda İR sahəsində çalışan əməkdaşların və rəhbər heyətin marağında olan ən vacib məsələlərdən biridir. Çünki müəssisə “əvəzolunmaz” hesab etdiyi, “kritik” vəzifələrdə çalışan əməkdaşları itirməmək üçün nə etməli olduğunu daima düşünür. Buraya müxtəlif mükafatlar, bonuslar, benefitlər, “teambuildinq”lər, səhmlər, vəzifə artımları, əlavə üstünlüklər, güzəştlər, sığortalar, tədbirlər - ümumiyyətlə maddi və qeyri-maddi dəstək və s. daxildir.

Bütün bunları tətbiq etmək üçün komanda işi lazımdır, çünki işçi məmnuniyyəti ölçülməsindən tutmuş müxtəlif analizlər bu məsələdə görüləcək işlərin planlanmasına gətirib çıxarır. Bütün planlanan və görülən işlərin nəticəsində isə bir məqam var ki, o da işçi bağlılığının artmasına, iş keyfiyyətinin yüksəlməsinə və biznesin strateji məqsədlərinə çatmağına birbaşa təsir göstərməsinə gətirib çıxarır. Bu məqam işçi xoşbəxtliyidir ki, bütün tədbirlər yekunda bu nəticəni almaq üçün həyata keçirilir. Çünki, biznesin müvəffəqiyyətində əsas rolu düzgün idarəetmə və xoşbəxt çalışan əməkdaşlar tutur.

Cari ilin mart ayında Böyük Britaniyada Warwick Universiteti tərəfindən aparılan araşdırmaların birində özünü xoşbəxt hiss edən işçilərin 12 %-nin daha məhsuldar çalışdığı hesablana bilib. Sadə dildə desək, təəccüblü deyil ki, işdə özünü xoşbəxt his edən, iş-həyat balansı normada olan işçilər öz işlərini daha yaxşı görməyə, dincəlmək üçün fasilələrdən az istifadə etməyə, işləri vaxtında keyfiyyətlə icra etməyə, yeni təkliflər və layihələr üzərində işləməyə can atırlar. Xüsusən müəssisədə performans dəyərləndirmə, təlimləndirilmə, karyera inkişaf planı, istedadların idarə edilməsi işləri sistemli şəkildə görülürsə, həmin işçilərdən keyfiyyətli iş təhvil almaq heç də təəccüblü deyil.

Bütün bu işlər İnsan resursları sahəsində fəaliyyət göstərən əməkdaşların icra etdiklərinin bir hissəsidir. Elə buna görə də, İR biznesə birbaşa təsir göstərə bilir. Hər nə qədər İnsan resurslarının müəssisəyə verdiyi xeyiri ölçmək çətin olsa da, potensial işçinin işə götürülməsindən tutmuş bütün mərhələlərdə onun yanında olan, işçi ilə işəgötürən arasında körpü rolunu oynayan İR sahəsində çalışan əməkdaşların rolları danılmazdır. Hazırda İnsan Resurslarının bütün modullarının müəssisədə tətbiq edilməsi, istedadlı əməkdaşların saxlanılması, xoşbəxt iş mühitinin formalaşdırılması yerli bazarda rəqabətə davamlı olmaq üçün hədəflənmiş müəssisələrdə daha yaxşı inkişaf edib. 

Beynəlxlaq iş mühitində işçinin uğurunu müəssisənin uğuru kimi qiymətləndirən “Google”, “Nike” kimi iri şirkətlər işçilərin rifahının müəssisənin rifahına çox müsbət təsir etdiyinin fərqində olduqları üçün onlara hər cür şərait yaradaraq, loyallığa nail ola bilirlər.

İşçilər şirkətdə xoşbəxt olmalıdır, özünü dəyərli hiss etməlidir, iş-həyat balansı normada olmalıdır ki, hər hansı loyallıqdan söhbət gedə bilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftimiz cüzi ucuzlaşıb

Türkiyədə yeni qayda: 7 min lirədən yuxarı alış-verişlər...

Maaş 165 min manatdır, amma işçi tapılmır

Bu 3 ölkədə mənzillərin qiyməti kəskin ucuzlaşdı

"İntend" şirkəti məhkəmə qarşısında

Ukrayna Aliexpress və eBay-dan 150 avroya qədər olan bağlamalara vergi qoyacaq

“Formula 1” pilotlarının qazancı bilindi - FOTO

"Auto Azərbaycan" gömrük qaydalarını pozub

Benzin və dizel istehsalı artıb - CƏDVƏL

"ECOFOOD" cərimələndi

Yeni "ChatGPT o1" insan kimi düşünə və məntiqi problemləri həll edə bilir

"Volkswagen" yeni krossoveri üçün robot sürət qutusundan imtina etdi

Almaniya Rusiya neftinə alternativ tapıb

Qlobal mayninq bazarı konsolidasiyaya doğru irəliləyir

İcra hakimiyyətinin binaların təmiri ilə bağlı tenderi niyə ləğv edilib?

Çin PwC-ni 62 milyon dollar cərimələdi

Rusiyadan titan ixracına qoyulan məhdudiyyətlər Qərbə necə təsir edəcək?

"Günay Bank"la "Agro-Land-Az" areasında kredit qalmaqalı

Almaniyada hökumətlə müxalifət arasında miqrantlar böhranı

Bakıda altı məktəb əsaslı təmirlə bağlı köçürülüb

"Buta Təmizlik"lə "Azpride Group"un "podrat mübahisəsi"

Bakı metrosuna iki yeni qatar gətirilib

Əhalinin yeni sayı açıqlandı

Çin 70 ildən sonra ilk dəfə pensiya yaşını qaldıracaq

Yanğın təhlükəsizliyi qaydalarının pozan şirkət məhkəmə qarşısında

"Həzi Aslanov" metrostansiyasının əsaslı təmiri ilə bağlı ilkin mərhələ yekunlaşıb

Azərbaycanda aqrar sektor 1 %-ə yaxın böyüyüb

Dövlət büdcəsinin profisiti 3 mlrd. manata yaxınlaşıb

Azərbaycanda əhalinin gəlirləri 6% dən çox artıb

Azərbaycanda əhalinin gəlirləri 6% dən çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin