Redaktor
Əzbərlənmiş cavablarla iş müsahibəsinə getmək qəbul şansını artırır? - EKSPERT
Son vaxtlar tez-tez qarşımıza işə qəbulla bağlı bəzi paylaşımlar çıxır. Belə ki, bəzi işə qəbulla bağlı paylaşım edən şəxslər iş müsahibəsində verilən sualları necə cavablasaq, qəbul olunma şansımızın artacağı haqqında fikirlərini bölüşür, məlumat verirlər. Məsələn, "bu işi nə üçün istəyirsiniz" sualına "dediyim kimi cavab versəniz, 100% qəbul olunacaqsınız" kimi fikirlər bildirirlər.
Müxtəlif iş axtaranlar da fərqli müsahibələrdə eyni cavabları verir. Biz bu taktikalardan istifadə etməli, yoxsa özümüzə uyğun cavablar verməliyik?
İnsan Resursları üzrə menecer İlahə Abdullayeva bildirdi ki, iş axtaranın istəkləri fərqli ola bilər: “Hər namizədin işə müraciəti fərqlidir. Məsələn, iş axtaranın müraciət etməsinə səbəb sadəcə əməkhaqqı ola bilər. Yaxud da işin özü maraqlı ola, namizəd özünü bu işdə görmək istəyə bilər. İstəklər fərqli olduğu qədər cavablar da fərqli olur".

Namizəd dürüst cavab verməyi bacarmalıdır
İ.Abdullayeva deyir ki, bu kimi suallara individual cavab vermək lazımdır: “Fərqli ehtiyac və tələblərlə müraciət edən hər bir namizəd istinasız HR-ın verdiyi suallara normal, dürüst şəkildə cavab verməlidir. İllərlə təcrübəmdə görmüşəm ki, müsahibəyə gəlib olduğu kimi doğru şəkildə cavab verən namizədlərə daha çox diqqət ayrılır, seçilmə şansları da daha çox olur".
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025