BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
70408

Qanunla toqquşan şəxslərin həyatı adətən kriminal hadisələrlə gündəmə gəlir. Lakin onların maliyyə imperiyaları, gizli sərvətləri və bu sərvətlərin idarə olunması da bir o qədər maraq doğurur.

Valyuta.az dünyanın ən məşhur cinayətkarlarının əldə etdikləri qeyri-qanuni gəlirləri və bu gəlirlərin formalaşdırdığı sərvətləri beynəlxalq araşdırmalara və hesabatlara əsaslanaraq təqdim edir:

“El Çapo” (Joaquín Guzmán) – Meksika narkobaronu

Meksika narkotik kartellərinin simvolik fiquru hesab olunan “El Çapo”nun sərvəti "Forbes" jurnalına görə, ən yüksək dövrlərində 1 milyard dollara yaxın olub. “Sinaloa Karteli” vasitəsilə ABŞ-a və digər ölkələrə yüz milyonlarla dollar dəyərində narkotik maddə daşınıb. Onun sərvətinin böyük hissəsi nağd və daşınmaz əmlak şəklində idi.

Pablo Eskobar – “Kokain kralı”

Kolumbiyalı narkobaron Pablo Eskobar 1980-ci illərdə “Medellin Karteli”nin rəhbəri olaraq gündəlik təxminən 420 milyon dollar qazanırdı. Onun sərvətinin 30 milyard dollara çatdığı təxmin edilir. Eskobarın sərvətinin bir hissəsi o qədər böyüyüb ki, onu saxlamaq üçün kənd evlərində torpağın altına basdırılıb, milyardlarla nağd pul siçanlar tərəfindən yeyilib.

“Frank Abagnale” – Dələduzluğun ustası

Həyatı “Catch Me If You Can” filmində əks olunan Frank Abagnale 1960-cı illərdə saxta çeklərlə milyonlarla dollar əldə etmişdi. Onun xalis sərvəti konkret bilinməsə də, illərlə təyyarə pilotu, həkim və vəkil kimi fəaliyyət göstərərək dövlətləri və bankları aldatdığına görə sərvətinin milyonlarla dollar olduğu güman edilir. Hazırda "FBI" ilə əməkdaşlıq edir və qanuni şəkildə məsləhətçi kimi fəaliyyət göstərir.

Dawood İbrahim – Hindistanın ən çox axtarılan adamı

“D-Company” adlı kriminal şəbəkənin rəhbəri olan Dawood İbrahim narkotik, qumar və qanunsuz silah ticarəti ilə milyardlarla dollar qazanıb. Onun xalis sərvətinin 6.7 milyard dollar civarında olduğu təxmin edilir. O, beynəlxalq terror fəaliyyətləri və Hindistan iqtisadiyyatına yönəlik cinayət şəbəkələri ilə də əlaqələndirilir.

“Al Capone” – Çikaqo imperiyasının qurucusu

ABŞ-ın ən məşhur mafiya liderlərindən biri olan Al Capone, 1920-ci illərin spirtli içki qadağası dövründə spirtli içkilərin qeyri-qanuni satışı ilə böyük sərvət toplamışdı. Onun xalis sərvəti təxminən 100 milyon dollar olmuşdu. Capone vergi pozuntularına görə həbs olunmuşdu və bu hal tarixdə ilk dəfə idi ki, böyük bir mafiya lideri maliyyə cinayətlərinə görə məsuliyyətə cəlb edilirdi.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabahdan 1-ci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Xərçəng dərmanı üçün nəhəng ortaqlıq: 11,1 milyardlıq müqavilə imzalandı

Müəllimlərin əmək məzuniyyəti necə hesablanır? - QAYDALAR

“İçərişəhər”ə direktor təyin edildi - FOTO

Ağdamda 9 milyonluq binalar tikiləcək

Eldəniz Əmirov: "Koordinasiya zəifliyi var, sahibkar bir neçə quruma müraciət etməli olur"

Apteklərdə nöqsanlar aşkarlandı

Azərbaycanlı deputat vəzifəsini itirdi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Vaqif Tağıyev: 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Prezident Minifutbol Federasiyasına iki milyon manat ayırdı

Almaniyanın polad sənayesi iflasa uğraya bilər

Çin yüzlərlə "Airbus" təyyarəsi alacaq

Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi - RƏSMİ

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Azərbaycanda yaxın gələcəkdə çoxmərtəbəli binalara qaz verilməyəcək

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Sabah yağış yağacaq, dolu düşəcək

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyib®

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

Nəsli kəsilmiş quşun bir lələyi 48 min manata satıldı

"Mall"larda parkinq qiyməti qalxdı

Bakıda daha bir məşhur restoran sökülür - VİDEO

Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin