BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70211

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində yeni çayxana tikilir.

Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, tikinti işləri bir müddətdir davam edir.

Məsələ ilə bağlı AMEA-ya ünvanlanan sorğu isə cavabsız qalıb.

Qeyd edək ki, artıq həmin ərazidə çay içmək üçün bir məkan olsa da, burada da daha çox tipik çayxana atmosferi formalaşıb. Müşahidəçilər deyir ki, AMEA-nın həyəti artıq ənənəvi elmi müzakirələrin yox, "çayxana söhbətlərinin" məkanına çevrilib.

Ənənəvi olaraq elm müəssisələri cəmiyyətin intellektual inkişafına xidmət edən nüfuzlu qurumlardır. Belə məkanda çayxana tikintisi, elmi mühitin mahiyyətinə və ictimai gözləntilərə ziddir. Elm mərkəzlərinin fiziki məkanları da simvolik əhəmiyyət daşıyır: bu məkanlarda yaradılan mühit elmə, təhsilə və bilik paylaşımına təşviq etməlidir. Lakin AMEA-nın həyətində iaşə obyektinin inşa olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və bəzi ekspertlər tərəfindən tənqid olunur.

Mövzu ilə bağlı tanınmış təhsil ekspertləri Nadir İsrafilov və Etibar Əliyevin fikirləri öyrənilib.

“Elm ocağı hara, çayxana hara?!”

Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, elm məkanlarında bu cür obyektlərin yaradılması, nə qədər bazar iqtisadiyyatı şəraitində baş versə də, doğru deyil:

"Mən sovet dövrünə bəraət qazandırmaq istəmirəm, amma o zaman bu cür hallar mümkün deyildi. Hər obyekt öz yerində inşa olunurdu. Elm ocağı hara, çayxana hara?! Bir vaxtlar məktəblərin yaxınlığında internet klublar açılırdı və bu, uşaqları dərsdən yayındırırdı. Cəmiyyət buna etiraz etdi, məsələ gündəmə gəldi və həmin obyektlər tədricən yığışdırıldı. İndi isə obyektlərin yerləşdirilməsinə nəzarət edilmir.”

Ekspert əlavə edir ki, elm müəssisəsinin ərazisinin kommersiya məqsədilə istifadəsi ümumi görüntünü və ictimai dəyərləndirməni korlayır:

“Biz xaricdəki ali təhsil müəssisələrinə baxanda əsl elm mərkəzi görürük. Oksford, Harvard, Massaçusets universitetlərinin ətrafına baxanda görürsən ki, elm mərkəzi olması görünür. Bir vaxtlar Elmlər Akademiyasının ərazisi də akademiya şəhərciyi idi. Orada onun institutları, mərkəzləri yerləşirdi. Hər obyekt özünə uyğun məkanda olmalıdır. Bir müddət sonra insanlar arasında söz də yayılacaq ki, “akademiyanın çayxanasına gedirəm”. Bu aydın məsələdir ki, öz əməkdaşları üçün bufeti var. Akademiya şəhərciyi onun özünə aid olmalıdır. Orada hərhansı iaşə obyekti xoşagələn təəssürat yaratmır”.

“Elm mərkəzində çayxana yox, kitab köşkü tikilməlidir”

Təhsil eksperti Etibar Əliyev isə daha sərt mövqe bildirərək qeyd edir ki, AMEA-nın həyətində çayxana yox, kitab köşkü və ya açıq kitabxana yaradılmalıdır:

“AMEA ölkənin aparıcı elm mərkəzidir. Orada çayxanadan daha çox kitab köşkləri tikilməli, açıq kitabxana yaradılmalıdır ki, elm ocağına gələnlərdə kitaba maraq oyansın. Əgər bu məlumat doğrudursa, deməli, düşüncə də elə çayxana səviyyəsindədir.”

Ekspert məsələnin elmi mühitə yaraşmadığını vurğulayır:

“Başqa gəlir yolları tapa bilmirlərsə, yaxud elmdən gəlir əldə edə bilmirlərsə, çıxış yolu çayxana, dönərxana olmamalıdır. Onsuz da hara baxsan çayxanadır, AMEA-nın həyətində çayxanaya nə ehtiyac var?! Mən belə bir halın tərəfdarı deyiləm. Harada ki, universitet, elm mərkəzi var, orada intellektual obyektlər yaradılmalıdır. Hər kəs görməlidir ki, ora elm mərkəzidir. Elm mərkəzinin kampusunda kitab, mütailə, sərgi ilə bağlı guşələr yaradılır, çayxanalar yox".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin