BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
68754

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) auditi zamanı 117 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının vətəndaşların fərdi şəxsi hesablarında əks olunmadığı müəyyən edilib.

Bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.

Sənəddə deyilir ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya kapitalı fərdi şəxsi hesabın sığorta və yığım hissəsində toplanan vəsaitlərə əsaslanır. Bu səbəbdən də, ödənilmiş sosial sığorta haqlarının düzgün uçotu və hesabatlılığı gələcək pensiya təminatının maliyyə bazasını formalaşdırır.

Audit zamanı müəyyən edilib ki, aidiyyəti dövrlərdə sığortaedənlərin Fondun xəzinə hesablarına ödədiyi 117,4 milyon manat sosial sığorta haqqı, hesabatların təqdim olunmamasına görə sığortaolunanların fərdi şəxsi hesablarında əksini tapmayıb. Bu hal gələcəkdə vətəndaşların pensiya hüquqlarının formalaşmasında sosial sığorta stajının və ya pensiya kapitalının kifayət etməməsinə, hətta bəzi hallarda pensiya hüququndan məhrum olmalarına səbəb ola bilər.

Sığorta haqlarının fərdi hesabda əks olunmaması iki dövr üzrə qruplaşdırılıb:
Ətraflı

- 2006–2016-cı illər üzrə yaranmış qalıqlar əsasən sığortaedənlərin təqdim etdiyi B3 formalarında sosial sığorta nömrəsinin qeyd olunmaması və ya ümumiyyətlə hesabatın təqdim edilməməsi ilə bağlı olub;

- 2017-ci ildən sonra isə əsas problem hesabatların ümumiyyətlə təqdim olunmaması olub. Bu dövrdə formalaşan qalıq məbləğinin artımı müşahidə edilib.

2006–2016-cı illər üzrə qalıqların daha çox sayda sığortaolunanı əhatə etməsi səbəbindən hesablarda əks olunmayan sığorta haqları ilə bağlı fəaliyyət əsasən hüquqi şəxslərlə məhdudlaşıb. Bu təcrübə isə 2017–2023-cü illərdə fiziki şəxslər və torpaq mülkiyyətçilərinin say və məbləğ baxımından xüsusi çəkisinin artmasına səbəb olub.

Bildirilib ki, vergi orqanlarından əldə edilən məlumata əsasən, 2023-cü ildə sığortaedənlərin Fond qarşısında borcu artsa da, Fondun sığortaedənlər qarşısında borcunun artım tempi (29,8 %) daha yüksək olub.

Fondun borclarının əsas hissəsi dövlət qurumlarına, o cümlədən büdcə təşkilatlarına və iri sığortaedənlərə aiddir. Əvəzində Fonda olan borcların daha böyük hissəsi qeyri-dövlət sektorunun, o cümlədən fiziki şəxslərin payına düşür.

Bületenə əsasən, Fond sosial sığorta ödənişləri üzrə artıq ödənişləri və borcları şərti aktiv və şərti öhdəlik kimi qiymətləndirdiyindən, bu göstəricilər illik maliyyə hesabatlarının izahlı qeydlərində əks olunub.

©modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin