BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
68671

"Microsoft"un sabiq baş direktoru və həmtəsisçisi Bill Qeyts milyarder İlon Mask və "Apple"ın qurucularından Stiv Cobsun eyni kateqoriyada - vizyoner liderlər kimi qiymətləndirilməsinin "məsələnin mahiyyətindən yayınmaq" olduğunu bildirib.

Valyuta.az xəbər verir ki, Qeyts bu fikrini 2020-ci ildə "Bloomberg"ə verdiyi müsahibədə səsləndirib.

O, hər iki şəxsin texnologiya dünyasında böyük iz buraxdığını etiraf etsə də, Maskın "yeni Stiv Cobs" kimi təqdim edilməsinə qəti qarşı çıxır.

"Əgər bu insanları şəxsən tanıyırsınızsa, bu cür kobud sadələşdirmə qəribə görünür. Bilirsiniz, İlon daha çox praktik mühəndisdir, Cobs isə dizayn, komanda quruculuğu və marketinq sahəsində dahi idi. Onlar bir otağa daxil olsaydınız, əsla bir-biri ilə səhv salmazdınız", deyə Qeyts qeyd edib.

Qeyts Maskın elektromobillərin, təkrar istifadə olunan raketlərin və tunel texnologiyalarının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. Eyni zamanda, Stiv Cobsun texnologiyanı şəxsən dizayn etmədiyini, lakin yaradıcı komanda ruhunu formalaşdırmaqda və mükəmməllik axtarışında bənzərsiz olduğunu vurğulayıb.

Jurnalistlərin yazdığına görə, Qeyts illər ərzində Maskın fəaliyyətini açıq şəkildə təqdir etsə də, bu münasibət qarşılıqlı olmayıb. İlon Mask "Microsoft"un həmtəsisçisini zaman-zaman tənqid edib və onların münasibətində gərginlik müşahidə olunub.

Buna baxmayaraq, Bill Qeyts şəxsi münasibətləri deyil, liderlik tərzlərindəki fərqləri önə çıxarıb. O, Stiv Cobsun insan potensialını ustalıqla bir araya gətirdiyini və öz unikal vizyonunu həyata keçirməkdə böyük bacarıq nümayiş etdirdiyini qeyd edib.

"Onları bir-biri ilə qarışdırmaq mümkün deyil", deyə Qeyts əlavə edib.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

“Azərxalça”dan Aydan Salahovaya 100 min manatlıq sifariş

Qızıl dövr bitdi - Yeni dəyişiklik onların cibinə necə təsir edəcək?

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik olacaq

Gündə 1000 000 000 dollar qazanırlar - FOTO

"Apple"ın qapalı ekosistemi çatlayır: "Siri" üçün təhlükə zəngləri çalır

Şahin Əliyev yeni vəzifəyə təyin olundu

"Android 16" fotolarınızın üzərinə "yağış yağdıracaq"

TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub®

İmkansızı hesabladılar: Pi ədədinin 300 trilyonuncu rəqəminə çatıldı

Dünyada ən çox hansı markanın qulaqlıqları satılır? - Açıqlandı

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi

II Türk Ticarət Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib

Bu şəxslər diplomatik pasport əldə edə biləcək

Vergi ödəyicilərin nəzərinə: Müddət qısaldılır

Ən az plan yeri bu qrupa verildi

Sabah 27 dərəcə isti olacaq

"Dövlət qiymətli kağızlar bazarı 2018-ci ildən bu günə qədər 9 dəfə artıb"

Məleykə Abbaszadədən abituriyentlərə XƏBƏRDARLIQ

“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı

Harvard xarici tələbələri qəbul edə bilməz, universiteti tərk etməlidirlər - Qərar

Harvard xarici tələbələri qəbul edə bilməz, universiteti tərk etməlidirlər - Qərar

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - Fotolar

"Throne" startapı ağıllı tualet qurğusu ilə 4 milyon dollar investisiya cəlb edib - Üstünlükləri

“Azercell" 36 000 manata mobil nömrələr satışa çıxardı - SİYAHI

“Everestə qalxmaq 60-100 min dollara başa gəlir” - Zirvəni fəth edən Vəfa danışdı

Bakıda 3 məktəb direktoru işdən çıxarıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin