
Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək
Azərbaycan Memarlıq və İnşaat Universiteti 1 gündə 2 tender elan edib.
Valyuta.az xəbər verir ki, elan olunan tenderlərin ilkin ehtimal olunan ümumi qiyməti 330 min manat hesablanıb.
Məlumata görə, universitetin elan etdiyi ilkin tender sair torpaq tikili və avadanlıqların satın alınması ilə bağlıdır. Tenderin ilkin ehtimal olunan qiyməti 120 min manat hesablanıb və bu tender aprel ayının 30-dək davam edəcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin digər tenderi isə 1 saylı tədris binasında, 2 saylı tədris binasında, 3 saylı tədris binasında, köməkçi otağında və 4 saylı tədris binasında cari təmir işlərinin aparılması ilə bağlı elan edilib. Bu tenderin ehtimal qiyməti isə 210 min manat hesablanıb. Qeyd olunan tender aprelin 17-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovadır.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay