BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9604
  • RUB
    2.1022
  • TRY
    0.0444
  • GBP
    2.2786
68240

Mətbuatda "28 May" stansiyasının bağlanacağı barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə də sözügedən mövzu ciddi müzakirələrə səbəb olub. 

Qeyd edək ki, ildə yeraltı nəqliyyatdan 220 milyondan çox sərnişin istifadə edir. Qırmızı xətt və yaşıl xəttin birləşdiyi "28 May" isə ən çox sərnişin qəbul edən stansiyalardan biridir. Stansiyanın bağlanması barədə xəbərlər narahatlığa səbəb olub.

Rəsmi açıqlamada bildirilir ki, "28 May" stansiyasından qatarların "Dərnəgül" stansiyası istiqamətində hərəkətinə məhdudiyyət qoyulacaq. Buna səbəb "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıdır.

Tunelin inşasına bu ilin son rübündə başlanılması nəzərdə tutulub. Qeyd edək ki. son rüb dedikdə ilin oktyabr, noyabr və dekabr ayları nəzərdə tutulur.

Bakı metrosundan verilən açıqlamada, həmçinin qeyd olunur ki, "28 May" stansiyasının sərnişinlərin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb.

"Qatarlar "İçərişəhər-Əhmədli" xəttində adi adi qaydada hərəkət edəcək", - açıqlamada bildirilib. Açıqlamada məlum olur ki, "Əhmədli"dən (əslində "Həzi Aslanov" stansiyasından) "İçərişəhər"ə hərəkət edən sərnişinlər üçün hər hansı çətinlik olmayacaq.

"Dərnəgül"dən "Əhmədli" istiqamətinə və əksinə gedən sərnişinlər isə çətinliklə üzləşəcək. Belə ki, "Əhmədli" istiqamətindən gələn sərnişinlər "28 May"da düşməli olacaqlar. Onlar hələlik məlum olmayan yolla "Nizami"yə getməli, həmin stansiyadan "Dərnəgül" istiqamətində davam etməlidir.

"Dərnəgül"dən gələn sərnişinlər isə, eyni qaydada, "Nizami"yə qədər gəlməli, oradan hələlik məlum olmayan yolla "28 May" stansiyasına getməli və bu stansiyadan yoluna davam etməlidir.

"Nizami"dən "28 May" stansiyasına sərnişinlər necə hərəkət edəcəyi isə hələlik məlum deyil. Rəsmi açıqlamada bildirilib ki, "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidinin və yaxud transferinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək.

Müzakirə olunan mövzuları dəqiqləşdirmək üçün Modern.az məsələ "Bakı Metroploiteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədova bir sıra suallar ünvanlayıb.

Saytımıza açıqlamasında da mətbuat katibi bir daha bildirib ki, "28 May" stansiyasına daxil olmaqda heç bir problem yaşanmayacaq:

"Ümumiyyətlə "28 May" stansiyasının bağlanması günün mövzusu deyil. Stansiyanın bağlanacağı ilə bağlı məlumatlar haradan çıxıb, bilmirəm. Xətlərin ayrılması üçün zəruri olan təxminən 200 metrlik tunelin inşası zamanı "28 May" stansiyası öz funksional fəaliyyətini davam etdirəcək. Lakin qatarlar "28 May" stansiyasından indiki kimi üzü "Nizami" istiqamətində hərəkət etməyəcək. Yəni "28 May"dan "Dərnəgül" istiqamətinə qatarların hərəkəti məhdudlaşdıracaq. Yaşıl xətdə qatarlar hərəkət edəcək. Tunelin inkişafı dövründə  qatarlar “Dərnəgül” “Nizami” arasında hərəkət edəcək. Birinci mərhələdə əsas məsələlərdən biri "Dərnəgül" elektrik deposunun birinci mərhələ üzrə işlərinin tamamlanmasıdır. Bununla bağlı məsələlərə aydınlıq gətirildikcə ictimaiyyətə tam məlumatlar təqdim olunacaq. Bütün məlumatlar operativ şəkildə veriləcək ki, hər hansı bir əlavə problem olmasın".

Mətbuat katibi bir daha vurğulayıb ki, “28 May”-“Nizami” stansiyaları arasında sərnişinlərin transferini təmin etmək üçün tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək:

"Qatarlar indiki kimi “İçərişəhər”-“Əhmədli” istiqamətində qatar necə gedib-gəlirsə, orada hər hansı dəyişiklik olmayacaq. Dəyişiklik sadəcə o olacaq ki, “28 May”la “Dərnəgül” istiqamətində qatarların hərəkəti məhdudlaşdırılacaq. Qırmızı xətdən yaşıl xəttə, yaxud da “28 May”-“Nizami” stansiyaları arasında isə metro sərnişinlərin  transferini təmin etmək üçün tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

©modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakı Metropolitenindən 1 milyonluq sifariş

Avropanın məşhur kurortları iqlim dəyişikliyi səbəbilə yox ola bilər

VÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

Baş nazirdən “Azərenerji” ilə bağlı QƏRAR

CV göndərmədən iş tapa bilən kadr olmaq üçün nələr etməliyik?

Samir İsmayılova yeni vəzifə verildi

Mədət Quliyevin işi bu xanıma həvalə edildi - FOTO

Sabah hava yağmursuz keçəcək

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

AFB Bankda yeni təyinat: Rəqəmsal bankçılığa peşəkar rəhbər

Məmurların maaş və pensiyalarının iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq

Məmurların maaş və pensiyalarının iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq

Magistratura və rezidentura imtahanları elektron formatda keçiriləcək

“Azərkosmos” Kosmik Texnologiyalar Konfransı çərçivəsində 20-ə yaxın əməkdaşlıq sənədi imzalayacaq

15 yaşına qədər uşaqlar əməyə cəlb edilə bilər - Hüquqşünas

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib

Mərkəzi Bank “A-Qrup Sığorta” və "Meqa Sığorta"ya icrası məcburi göstəriş verdi

Azərbaycanda bu ailələr üçün ev tikiləcək

Azərbaycanda ən yüksək keçid balı olan UNİVERSİTET

"Nestle" qiymət artımı fonunda satışlarını artırıb

Bakı Dövlət Universitetində keçid balları - SİYAHI

Bakı Dövlət Universitetində keçid balları - SİYAHI

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Onlayn kredit dələduzluğu: Bu yolla xilas ola bilərsiniz - VİDEO

İstanbulda daha bir zəlzələ oldu

Avtomobilinizi sürətli şarj edin - “TOKAZ” tətbiqi istifadəyə verildi

Bu ölkədən gətirilən bananlarda uyğunsuzluq aşkarlandı

Trampdan "Nokia"ya zərbə - Rüblük mənfəət gözləntiləri qarşılamadı

Mədət Quliyev istefa verdi

200 dollarla 20 yaşında ABŞ-də həyat qurmağa getdi - “Google”, NVİDİA, “Meta”da işlədi

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin