BAKU Azərbaycan
16.63°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
69225

Qlobal istiləşmə təkcə Avropanın dağ-xizək kurortlarına deyil, artıq məşhur SPA kurort şəhərlərinə də ciddi zərər vurur. Temperaturun artması, daşqınlar və quraqlıqlar bu bölgələrdəki təbii bulaqları təhlükə altına alır və bu da onların mövcudluğuna ciddi təhdid yaradır.

Valyuta.az "Euronews Travel"ə istinadən xəbər verir ki, əvvəllər qış kurortlarının daimi qar olmaması səbəbilə bağlanması, yayda isə Yunanıstan və İspaniya kimi bölgələrin həddindən artıq isti olması turizm sənayesinə ciddi zərbələr vurmuşdu. İndi isə bu proses Avropanın ən məşhur kurort şəhərlərindəki müalicəvi bulaqlara təsir edir.

"Euronews Travel"in məlumatına görə, təbii bulaqları qidalandıran su çıxış nöqtələri və axın sürəti iqlim dəyişikliklərindən təsirlənir. Lakin hələlik bu dəyişikliklərin dəqiq necə baş verdiyini izah edəcək qədər məlumat mövcud deyil. 

"The Great Spa Towns of Europe" təşkilatının ictimai əlaqələr üzrə koordinatoru Naomi O'Tul bildirir: "Temperatur artımı, daşqınlar və quraqlıq bulaqların çıxış nöqtələrini və suyun axın sürətini dəyişə bilər, lakin bu prosesi dəqiq başa düşmək üçün hələ kifayət qədər məlumat yoxdur".

Zərər artıq özünü göstərməyə başlayıb. 2024-cü ildə Avstriyanın Baden-bei-Vyen şəhərində, 2021-ci ildə isə Belçikanın Spa şəhərində baş verən daşqınlar bu təsiri göstərən nümunələrdir.

Böyük Britaniyanın məşhur kurort şəhəri olan Bathda yerləşən "Cleveland Pools" hovuzları da son illər ərzində baş verən çoxsaylı daşqınlar səbəbilə müvəqqəti bağlanmalı olub. Bu hovuzlar 100 ildə bir baş verə biləcək daşqına dözümlü şəkildə inşa olunsa da, son üç ildə ardıcıl olaraq hər il daşqınla üzləşiblər.

Bu təhlükəyə cavab olaraq, UNESCO-nun dünya irsi siyahısında yer alan 11 əsas Avropa kurort şəhəri, iqlim dəyişikliyinin mədəni irs obyektlərinə təsirini azaltmaq məqsədilə yeni bir layihəyə - "İrsin qorunması" təşəbbüsünə qoşulublar. Layihə, iqlim dəyişikliyinin təbii və mədəni irsə necə təsir göstərə biləcəyini vizuallaşdırmağı, eləcə də yerli icmaların bu təsirlərlə mübarizə aparmaq üçün bacarıq, alət və həllər inkişaf etdirməsini hədəfləyir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin