BAKU Azərbaycan
20.22°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
69035

Bakının avtobus dayanacaqlarının yenilənməsi layihəsi başlayacaq.

Valyuta.az xəbər verir ki, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" Publik Hüquqi Şəxsinin elan etdiyi layihənin qalibi bəlli olub. 

Belə ki, “Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərini satın alan şirkət  "SMCS" MMC olub. 

Bağlanan müqaviləyə görə, “SMCS" MMC-yə 1 milyon 744 min 985,96 manat veriləcək. Xatırladaq ki, bu layihənin həyata keçirilməsi üçün əvvəl təyin olunan məbləğ 2 milyon 496 min 863 manat idi. 

Qalib şirkət “SMCS" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkət əvvəllər SM Construction Supplies MMC adı altında fəaliyyət göstərib. 2023-cü ilin sentyabr ayında isə adını dəyişərək indiki adı – “SMCS” adı altında fəaliyyət göstərməyə başlayıb. 

Məlumata görə, 10 manat nizamnamə kapitalı olan şirkətin sonradan, 2022-ci ilin iyul ayında qaldırılaraq 49 000 manat olub. Həmin ilin sentyabrından isə nizamnamə kapitalı artırılaraq 88 min 500 manat olub. 

MMC-nin əvvəlki qanuni təmsilçisi Heydərli Ehtiram Etibar oğlu olub. Belə ki, Ehtiram Heydərlinin adı iki məhkəmə çəkişməsində keçib. Bunlardan biri Novruzov Azad Pərviz oğlunun avtomobilin geri alınması, digəri isə “Bank Standart”ın kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi əsasında baş tutan məhkəmə işidir. Ehtiram Heydərli hər iki işdə cavabdeh qismində çıxış edib. Birinci işdə iddia təmin edilsə də, ikincidə baxılmamış saxlanılıb. Şirkətin indiki qanuni təmsilçisi isə Cəfərov Mübariz Məhərrəm oğludur.

Araşdırmamıza görə, “SMCS" MMC müxtəlif  işlər üzrə milyonluq tenderlər udub. Belə ki, qalib şirkət yolların əsaslı təmiri işləri, elektrik təchizatının təmin olunması, inşaat materialları əlaqədar işlərin görülməsi, təmir-tikinti və.s kimi işlər üzrə vəzifələri icra edib. Bu şirkət 2024-cü ildə ümumilikdə 15 milyon 111 min 960 manat olan 11 tender udub.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bazar günü narahatlığı nədir və necə xilas ola bilərik? - SƏHƏR OXUSU

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin