BAKU Azərbaycan
16.72°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
69223

Bəzi insanlar iş tapmaq və əmək fəaliyyətinə başlamaq üçün müxtəlif şirkətlərə CV göndərir, lakin çox zaman bu müraciətlər cavabsız qalır. Belə şəxslər iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər. Digər tərəfdən, elə insanlar da var ki, heç bir yerə CV göndərmədən iş görüşmələrinə dəvət alır və işlə təmin olunurlar. Bu fərq təsadüfi deyil və müəyyən yanaşmaların nəticəsidir. Bəs heç yerə CV göndərmədən iş təklifləri alan kadr olmaq üçün nələri bilməli, hansı addımları atmalıyıq?

İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirdi ki, işin sizi tapması üçün müxtəlif yollar mövcuddur. Birincisi, şəxsi brendinizi yaratmalısınız. Bunun üçün sosial şəbəkələr kifayət edir. Çünki müasir dövrdə “Linkedin”, “Telegram”, “İnstagram”, kimi platformalarda paylaşımlar etmək, istifadə etmək, müəyyən icmalara qatılmaq və.s hamısı ödənişsizdir. Şəxsi brendinizi yaradanda digərləri sizi daha rahat görə bilir. Bu da iş axtarmağımızı asanlaşdırır. Mütləq deyil ki, hər gün paylaşımlar edəsiniz, dəyərli məlumatlar paylaşmaq daha önəmlidir. Hansı sahəyə yönəlmisinizsə, onunla bağlı paylaşımlar etməyiniz daha effektiv ola bilər. Məsələn, HR mütəxəssisi qanunvericilik, insan psixologiyası və.s barədə paylaşımlar edərək, diqqət cəlb edə bilər. Belə etdikdə işə götürən tərəfdə bu rəy formalaşır ki, siz seçdiyiniz sahə üzrə üstün biliklərə sahibsiniz”.

Ən qədim üsul şəbəkələşmədir

A.Həsənov düşünür ki, CV atmadan da iş tapmaq üçün qurulan əlaqələr, şəbəkələşmə önəmlidir: “Əgər hər hansı şirkətdə vakansiya açılmamışdan qabaq sizə bildirsələr, bu, o deməkdir şirkətin əlindəki 3-5 CV-dən biri də sizə məxsusdur və siz də namizədlərdən avtomatik olaraq irəli çıxırsınız. Ona görə də çalışmaq lazımdır ki, müxtəlif yarmarkalarda, tədbirlərdə, şirkətlərin müxtəlif iclaslarında iştirak edəsiniz. İşləmək istədiyiniz sahəyə uyğun adamlarla ünsiyyətiniz olmalıdır. Yəni, gələcəkdə qarşılaşacağınız, iştirak edəcəyiniz müsahibələr xoş ünsiyyətli və daha rahat keçəcək. Çünki sizi tanımış olacaqlar”. 

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Trampdan "Apple" rəhbərinə sərt sözlər: "Sənə həqiqətən yaxşı davrandıq"

Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının ağlasığmaz CİNAYƏTLƏRİ - DETALLAR

“Messenat Holdinq”in bu şirkətinin vergi borcu milyona yaxınlaşır

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Ən yüksək marjaya məxsus məhsullar - SİYAHI

Son 5 ildə ictimai iaşə dövriyyəsi 588,9 milyon manat artıb - CƏDVƏL

“Zahid və Zakir”in külli miqdarda vergi borcu var

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Vasif Talıbova məxsus şirkətlər ləğv edilir

“Xalq Bank” investisiya fəaliyyətinə başlayır

Azərbaycanda "Son zəng"in təmtəraqla keçirilməsi qadağan edilib - RƏSMİ

Mərkəzi Bank “Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncamlar verib

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi - FOTO

​Necə olur ki, yüksək maaş ayın ortası bitir?

Ən çox əməkhaqqı alan peşələr - CƏDVƏL

“Yapı Kredi Bank Azərbaycan”dan şikayətlər səngimir - Qırmızı zolaqda

Mobil operatorların gəlirləri açıqlandı

Aylıq 3000-4000 manat arası mənfəət vəd edən biznes satılır

Övladlar valideynlərini saxlamağa borcludurmu?

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Biznesmen qadının bağçası haqqında QƏRAR qəbul edildi

Rəşad Cəfərov "Mozalan Studiyası"na direktor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin