BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
67931

2025-ci ildən qüvvəyə minmiş Vergi Məcəlləsində ən mühüm dəyişikliklərdən biri bazarların fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır. Bununla əlaqədar Vergi Məcəlləsinə yeni 16.1.11-15, 16.1.11-16 və 16.1.11-17-ci maddələr əlavə olunub. Valyuta.az xəbər verir ki, bu maddələrə əsasən, bazarların mülkiyyətçiləri və ya bazarlar idarəetməyə verildikdə bazarların idarəediciləri (kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla) aşağıdakı qaydalara riayət etməlidirlər:

- İcarəyə verilən əmlakı icarəyə götürənlər tərəfindən (obyekti) vergi orqanında uçota alındıqdan sonra icarəyə götürənlərin həmin obyektlərdə fəaliyyət göstərməsinə şərait yaratmaq;

Bu maddəyə əsasən, bazarların mülkiyyətçiləri (yaxud idarəediciləri) icarəyə verdikləri obyektləri icarəyə götürən şəxslər vergi orqanında qeydiyyata salmayana qədər həmin şəxslərin orada fəaliyyət göstərməsinə icazə verməməlidirlər. Bu qaydalara riayət etməyən bazarların mülkiyyətçilərinə (və ya idarəedicilərinə) Vergi Məcəlləsinin 2025-ci ildən qüvvəyə minmiş 58.15-2-ci maddəsinə uyğun olaraq, təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2.000 manat, ikinci dəfə aşkar edildikdə 4.000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

Məlumat üçün qeyd edirik ki, Vergi Məcəlləsinin 58.15-2-ci maddəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 16.12.2024-cü il tarixli Qanunu qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir.

- İcarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə (bunun üçün xüsusi forma təsdiq olunacaq) məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etmək;

Həmçinin, bu məlumatın vaxtında vergi orqanına təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən, bazarların mülkiyyətçilərinə (və ya idarəedicilərinə) 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Bundan başqa, bazar mülkiyyətçiləri (və ya idarəediciləri), həmçinin əmlak icarəyə götürən şəxslər tərəfindən əmlak sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə obyektin girişində həmin obyektin vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumat (arayış) yerləşdirilməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 58.2-1-ci maddəsindəki dəyişikliyə əsasən, qeyd olunan məlumatın (arayışın) əks etdirilməməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Mövzunu “vergiler.az”a  vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev şərh edib:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Paşa Sığorta" yenə birincidir

“Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır”

Xanlar Vəliyevi kim əvəz edir?

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ

Trendyol Group-un vitse-prezidenti Azərbaycandakı hədəflərindən danışdı

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sosial şəbəkələrdə təklif edilən kreditlər nə dərəcədə etibarlıdır? - AÇIQLAMA

Bu yağ da saxta çıxdı - Marketlərdən yığışdırılır - FOTO

Azərbaycanda 2025-ci ilin inflyasiya proqnozları –hansı təşkilat daha uzaqgörəndir?

"Fitch" pessimist proqnozu artırır

Bu mədrəsə MMC-yə çevrilir

“Bakı Kart”ın operatoru nizamnamə kapitalını azaldır

Metroda “Əhmədli”dən “Dərnəgül”ə necə gedəcəyik? – Rəsmi AÇIQLAMA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin