BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
67466

“Meta” “İnstagram”da şərh yazmağı asanlaşdırmaq üçün süni intellekt dəstəyi ilə işləyən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. 

Valyuta.az xəbər verir ki, yeni sistem istifadəçilərə paylaşımlara şərh yazarkən “Meta AI”-dən yardım almaq imkanı verir. Hal-hazırda bu funksiya yalnız məhdud sayda istifadəçi üçün aktivdir.

Yeni xüsusiyyət sayəsində istifadəçi paylaşıma baxdıqda, nə yazacağını düşünməyə ehtiyac qalmır – süni intellekt avtomatik şəkildə şərh təklifləri təqdim edir. Şirkət bu yolla “İnstagram”dakı istifadəçi aktivliyini daha praktik və axıcı hala gətirməyi hədəfləyir.

X istifadəçisi Jonah Manzano bu funksiyanın necə göründüyünü paylaşaraq bildirib ki, şərh yazma sahəsinin yanında yeni bir qələm ikonu əlavə edilib. Bu ikon vasitəsilə “Meta AI” aktivləşir və paylaşılan görüntünü analiz edərək üç fərqli şərh təklifi verir. İstifadəçi bu təklifləri yeniləyərək alternativ variantlar da əldə edə bilər.

Meta hələlik bu funksiyanın hansı istifadəçilərə təqdim edildiyi və nə vaxt geniş şəkildə istifadəyə veriləcəyi barədə açıqlama verməyib. Şirkət daha əvvəl “Facebook”da da AI əsaslı şərh xülasəsi funksiyalarını test etmişdi.

Bəzi istifadəçilər bu yeniliyi "süni və mənasız" hesab etsələr də, digərləri üçün funksiyanın istifadəsi rahatlıq və zaman qənaəti baxımından faydalı ola bilər. “Meta”nın bu sistemi daimi olaraq tətbiq edib-etməyəcəyi isə hələ ki, bəlli deyil.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Gömrük Komitəsinin yeni binasının mühəndisləri yerli universitetlərin məzunlarıdır - FOTOLAR

Dövlət Məşğulluq Agentliyi 1,1 milyonluq məsləhət xidməti alır

Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak edib

Dəniz nəqliyyatında işləyənlər nə qədər maaş alır?

Dəniz nəqliyyatında işləyənlər nə qədər maaş alır?

BSM “Sədərək Firması”ndan 15 min manatlıq su alır

Alimlər 5700 il enerji doldurulmadan işləyən batareya hazırladı

"Google"un süni intellekt rəhbərindən tələbələrə tövsiyələr

Bu serialdan sonra Türkiyəyə daha çox turist gələcək

“Atabank”ın əmlakı hərraca çıxarılır

İyulun 1-də bu şəxslər əsgərliyə aparılacaq - SİYAHI

Sabah 36 dərəcə isti olacaq

Alimpaşa Məmmədovun 11 milyonluq əmlakları ilə bağlı qərar verildi

Ağdamda velosiped istehsal ediləcək

"Apple"dan gizli yenilik: Cihaz yaxın aylarda satışa çıxarılacaq

İsa Həbibbəylinin aylıq maaşı nə qədərdir?

5 ildə kafe restoran xərcimiz 550 milyon manat artıb - Hazırkı rəqəmlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Sənədsiz evlər üçün "əmlak amnistiyası" tətbiq olunacaq? - VİDEO

2026-cı ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Əsgərlikdən yeni gəldi, dekan müavini təyin edildi

Qızıl qiymətinə gilas - Yay meyvələri niyə bu qədər bahadır?

Dünən bank kartlarından oğurluq edilməyib

Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? - RƏSMİ

Müavinət və təqaüdlər bu tarixdə artırılacaq

Bu imtahanda iştirak etmək üçün qeydiyyat başa çatır

Artıq “Gənclik Mall”un qabağında taksiyə minib-düşə biləcəyik

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

"Google" şəxsi nömrələri ifşa edən boşluğu bağladı

Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin