BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
65985

Paytaxt bazarlarında balığın qiyməti artıb. Bəzi balıq növləri kilosu 20 manatdan təklif olunur. Bəs balığın bahalaşması yerli məhsullarımızın azlığı ilə bağlıdır? Qiymətlər nə vaxtdan enəcək?

İqtisadçı Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, balıq qiymətlərinin ucuzlaşması gözlənilmir:

“Bunun səbəbi odur ki, həm toyuq, həm də ət qiymətləri artıb. Balıq da bu məhsulların əvəzedicisidir və buna görə də balıq satanlar qiymətləri artırmağa başlayıblar. Ənənəvi olaraq toyuq, balıq, qırmızı ət, mal əti və qoyun əti arasında müəyyən qiymət proporsiyası mövcuddur. İndi qırmızı ət və toyuq qiymətləri bahalaşdığına görə, balıq qiymətlərinin də artması gözlənilir. Yəni balıqçılarda qiymət artımı üçün imkan yaranıb”.

X.Kərimlinin sözlərinə görə, balığın ucuzlaşmasını hökumət də istəmir:

“2024-cü ilin üçüncü və ya dördüncü rübündə hökumət, balıq idxalına 15 faiz gömrük rüsumu tətbiq edib. Bu da balıq və dəniz məhsullarının idxalının bazarda təxminən 40-45 faizini təşkil etdiyi nəzərə alındığında idxal məhsullarının qiymətinin artırılmasına səbəb olub. Hökumət bu şəkildə idxal məhsullarını bahalaşdıraraq yerli balıqçılara qiymət artırmaq imkanı yaratdı. 2024-cü ilin ikinci yarısında dizel yanacağının və benzinin qiymətini artırdı. 2025-ci ilin yanvar ayının 1-dən isə su, işıq, qaz və şeirə xidmətlərinin qiymətini qaldırdı, üstəlik minimal əmək haqqını da artırdı. Bu artımlar balıq istehsalçıları və balıq satanların xərclərini artırdı. Həmçinin bu artımların hamısı qiymətlərin yüksəlməsinə səbəb olur”.

O qeyd edib ki, bütün bu artımlar hökumətin öz xidmətlərini artırması ilə əlaqədardır:

“Özəl sektora isə heç bir müdaxilə edilə bilməz. Qiymətlər isə yalnız alıcılar azalsa, enə bilər. Bu halda balıq satanlar qiymətləri əvvəlki səviyyəyə endirmək məcburiyyətində qala bilərlər, çünki idxalçılar satılmayan məhsulu daha ucuz qiymətə gətirməyəcəklər. Yəni bu, ehtimal olunan bir vəziyyətdir. Məsələn, 20 manata satdığımız balığı 18 manata satmağa çalışırıq, amma 2 manat da mənfəətimiz olmalıdır. Əgər idxalçı 20 manata satmırsa, onda o, bu qiymətə məhsul gətirməyəcək. Beləliklə, qiymət artımı bir müddət davam edəcək, çünki alıcılar alacağı müddət ərzində bu artım qaçılmazdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin