BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
59190

“POS-terminal işləmir”, “POS-terminalın enerjisi bitib”, “texniki nasazlıq yaranıb” kimi cümlələrlə kartla ödənişi qəbul etməyən sahibkarlıq subyektlərinin işi çətinləşib. Belə ki, ödənişləri POS-terminalla deyil, kartdan karta əməliyyatı vasitəsilə həyata keçirən sahibkarlar kütləvi şəkildə cərimələnirlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində kartdan-karta köçürülməsinə görə çoxsaylı vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib. Sahibkarlıq subyektlərinə protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

DVX-dan bildirilib ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələridir.

Maraqlıdır, bu cərimələr ölkədə kartdan karta əməliyyatlarının həcmini azalda bilərmi?

Vergi ödəyiciləri bunun tərəfdarı deyil

Vergi üzrə ekspert Mahmud Abasquliyev “Kaspi”yə açıqlamasında bildirdi ki, “Nağdsız hesablaşmalar haqqında” qanunda bildirilir ki, iki vergi ödəyicisi arasında olan ödənişlər banklar və ödəniş terminalları vasitəsilə həyata keçirilməlidir. Yəni vətəndaş vergi ödəyicisindən mal yaxud hansısa xidməti alırsa, aldığı malın və ya xidmətin məbləğini POS-terminal vasitəsilə ödəyə bilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun yeddinci maddəsində bildirilir ki, alınan mallar 17 gün ərzində nəzarət-kassa aparatının çeki əsasında dəyişdirilə və ya geri qaytarıla bilər. Vergi ödəyiciləri isə POS-terminalla ödənişin tərəfdarı deyillər. Çünki POS-terminaldan istifadə etdikdə, nəzarət-kassa aparatının qəbzi də vətəndaşa təqdim edilməlidir. Yeni nəsil nəzarət-kassa aparatı Dövlət Vergi Xidmətinə inteqrasiya olunduğu üçün qurum sahibkarlıq subyektinin dövriyyəsini müəyyən edə bilir”.

Qeyri-leqal satış

Mütəxəssis deyir ki, vətəndaş nağdsız ödəniş edərkən sahibkarlıq subyektinin POS-terminalı təqdim etməməsi qeyri-leqal satış hesab olunur: “Sahibkarlar qeyri-leqal satışı həyata keçirərək özləri üçün gəlir əldə etməyə çalışır, bu da vergidən yayınma sxemini formalaşdırır. Buna görə də Vergi Məcəlləsinin 58.7-ci maddəsində deyilir ki, əhali ilə pul hesablamalarında, POS-terminal quraşdırılmasından, istifadəsindən, nəzarət-kassa aparatının qəbzinin verilməsindən imtina edən şəxslər birinci dəfə 1 000 manat, təqvim ili ərzində ikinci dəfə qaydanı pozduqda 3 000 manat, üç və daha çox səhvə yol verdikdə 6 000 manat cərimə olunurlar. Hazırda bununla bağlı DVX ciddi şəkildə yoxlamalar aparır, hətta bəzi banklarda da kartdan karta ödənişlərdə komissiyalar tutulur. Bir müddət sonra kartdan karta əməliyyatlar azalacaq və dövriyyə çoxalacaq”.

Vergi mütəxəssisi Anar Bayramov deyir ki, kartdan karta əməliyyatlarla ödənişləri qəbul edən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları ilə bağlı tədbirlər davam etdiriləcək: “Bu, hazırda ən aktual problemlərdəndir. Görülən tədbirlər artıq bəhrəsini verir. Əvvəllər kassa aparatının, POS-terminalın quraşdırılması problem idisə, bu sahədə ciddi nəzarət tədbirlərindən sonra demək olar ki, Bakı şəhəri üzrə bütün sahibkarlıq subyektlərində nəzarət-kassa aparatı və POS-terminallar quraşdırılıb. Lakin bu, problemin həlli demək deyil. Təəssüflər olsun ki, POS-terminalların quraşdırılması vizual xarakter daşıyır və bəzi hallarda kiçik sahibkarlar, hətta orta sahibkarlar belə, ödənişləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etmirlər. Bu da ciddi şəkildə onların dövriyyələrinin gizlədilməsinə, vergidən yayınmalarına gətirib çıxarır”.

Kartdan karta ödənişlər son vaxtlar dəb halını almışdı  

Mütəxəssisin sözlərinə görə, kartdan karta ödənişlər son vaxtlar dəb halını almışdı, hətta bəzi satıcılar piştaxtaların önündə kart nömrələrini yazıb, nağdsız ödəmələrlə bağlı alıcılarını “məlumatlandırırdılar”: “Biz dəfələrlə kartdan karta ödənişlərin vətəndaşlar üçün təhlükəli olması ilə bağlı çıxışlar edirdik. Vətəndaş POS-terminal tələb edərkən, ondan ödənişin karta köçürülməsi tələb olunduqda “ƏDV geri al” kimi onların xeyrinə olan layihələrdən istifadə edə bilmir, hətta bəzi hallarda ödəniş alıcının bank hesabından çıxır, amma texniki xəta olduğu üçün qarşı tərəfin hesabına oturmur. Bu zaman alıcıdan pulu təkrar ödəməsi tələb olunur və alıcı ikiqat ziyana düşür. Bu proseslər vergi orqanlarını da ciddi şəkildə narahat edirdi, məhz bu səbəbdən operativ tədbirlər həyata keçirdilər”.

Nəzarət tədbirləri problemi həll edəcəkmi?

Bəs görəsən nəzarət tədbirləri problemi aradan qaldıracaqmı? Mütəxəssis vurğulayır ki, cəza tədbirləri problemin tam şəkildə aradan qaldırılmasına nail olmayacaq: “Amma ciddi şəkildə azalmaya gətirib çıxaracaq ki, biz bunu artıq təcrübədən də görürük. Ən azından, mağazalardan piştaxtalardan artıq həmin kart hesabları yığışdırılıb. Həmçinin POS terminalla ödəniş etmək istəyəndə, maliyyə sanksiyasından çəkindikləri üçün ödənişləri qəbul edirlər. Təbii ki, mərkəzdən kənara getdikcə nəzarət tədbirləri zəifləyir. Bu, həmişə belə olur, şəhər mərkəzlərində nəzarətin güclü olduğu yerlərdə ciddi qanun pozuntuları olmur, amma nəzarətin zəif olduğu yerlərdə problem qalmaqda davam edir. Amma maliyyə sanksiyalarının tətbiqi ilə yanaşı, alıcıların da nağdsız əməliyyatlardan istifadə etməsi üçün görülən stimullaşdırıcı tədbirlər bu cür qanun pozuntularının aradan qaldırılmasına kömək olacaq”.

Kaspi.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin