BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
55598

Vətəndaşların fərdi telefonlarına mütəmadi olaraq bankların kredit təklifləri ilə bağlı reklamlar göndərilir. Adətən, kampaniyalarla bağlı məlumatların yer aldığı belə reklam mətnlərində cəzbedici təkliflər insanların bir çoxunun diqqətini çəkir. Hətta bir çox banklar vətəndaşlara cəmi bir neçə dəqiqə ərzində yüksək məbləğlərdə kreditlər təklif edir.

Bəs görəsən, bu mümkündürmü?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bunun başlıca səbəbi, bank sektorunda olan rəqabətin dərinləşməsidir:

“Ümumiyyətlə, banklar bu kimi reklam mətnlərini hazırlayarkən, hər zaman ən yaxşı göstəriciləri önə çəkməklə bu istiqamətə marağı artırmağa çalışırlar. Təbii ki, son dövrlərdə bank bazarında rəqabət əvvəlkinə nisbətən dərinləşib. Çünki iqtisadiyyatın artım tempi maliyyə sektorunun tələblərinə cavab vermir. İqtisadiyyat banklarda mövcud olan izafi vəsaitlərin yerləşdirilməsini həzm edə bilmir. Belə bir şəraitdə, bank sektorunda izafi likvidlik artır. Xüsusilə, 2015-ci ildən sonra yaranmış situasiyada banklar böyük müştəri bazasını itirdilər. Əksər müştərilər problemli müştəriyə çevrildi. Həm biznes, həm də fiziki şəxslər seqmentində bu hal özünü göstərdi. Təbii ki, belə imkanlar var. Hər hansı bir şəxs tez bir müddətə kredit götürə bilər. Məsələn, deyək ki, vətəndaş sahibkardır və onun bankda böyük vəsait qalığı var. Bank bu vəsaiti görür və şəxsiyyət vəsiqəsini, biznes haqqında vergi ödəyicisinin identifikasiya kodunu tələb etməklə modellər əsasında çox qısa müddətdə kreditin həcmini müəyyən edə bilir”.

Ekspertin fikrincə, banklar reklam mətnlərini hazırlayarkən, qeyri-dəqiq nüansların olmamasına mütləq şəkildə diqqət etməlidir: 

“Amma təbii ki, bu eyni zamanda dayanıqlı gəlirləri olan, dövlət sektorunda işləyən, yüksək əməkhaqqı alan vətəndaşlara münasibətdə də mexanizm olaraq, həyata keçirilir. Tək şəxsiyyət vəsiqəsi ilə kredit bürosundan məlumatlar çıxarılır, vətəndaşın kredit qaytarma qabiliyyəti ölçülür, intizam səviyyəsi müəyyən edilir və çox qısa müddətdə kredit təyin edilə bilir. Təbii ki, bunun sənədləşməsi vaxt ala bilər. Sadəcə, vətəndaşa nə qədər kreditin düşməsi ilə bağlı həmin müddətdə məlumat verilir. Amma ümumiyyətlə götürsək, bu kimi reklamlarda bəzən yanlış anlaşılmalar olur. Vətəndaşlar düşünür ki, onlara gələn mesaj artıq yoxlanılmış, onların kredit qabiliyyəti qiymətləndirilmiş və nəticədə onlara bu qədər kredit düşür. Sonradan müraciət etdikdə, ona kredit məbləğinin daha az düşdüyü və ya heç düşmədiyi ilə bağlı məlumat verildikdə, narazılıq yaranır. Banklar bu kimi reklam mətnlərinin tərtib edilməsi ilə bağlı daha diqqətli olmalıdır”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

35 min səhmdarın diqqətinə: ABB-nin mənfəəti 30 mln. manata yaxın azaldı

AZAL-ın "qara qutuları" Braziliyadan Astanaya gətirilib

COP29 könüllülərinə xüsusi pul mükafatı ayrıldı - Məbləğ

Bu universitetin həyətində baytarlıq klinikası tikiləcək - 2 milyon manata

"Intel" müstəqil vençur şirkəti yaradır

"Intel" müstəqil vençur şirkəti yaradır

"Embawood" atmosferi çirkləndirdiyinə görə cərimələnib

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib

“Lukoil”in rəhbəri dəyişdi

Trampın andiçmə mərasimində 3 milyarder iştirak edəcək

“Yapı Kredi Bank Azərbaycan” mənfəətini cüzi artırıb

“Yapı Kredi Bank Azərbaycan” mənfəətini cüzi artırıb

Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verib

SOCAR-ın "Yaşıl istiqrazları" dövriyyəyə buraxılır - Dəyəri 1000 dollardır

AYNA-da hesabatlılıq problemi - Tələbləri pozur

"Bank BTB" növbəti dəfə uçotdakı dəyişikliklərə görə zərər açıqlayıb

"Bank BTB" növbəti dəfə uçotdakı dəyişikliklərə görə zərər açıqlayıb

Bu şəxslərin maaşları artdı

“Azsığorta”nın rəhbərliyində təyinat olub

Mərkəzi Bankdan sığorta şirkətlərinə göstəriş

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

3 gün ardıcıl iş olmayacaq

18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

Türkiyənin “Baykar” şirkətinin ilk peyki kosmosa buraxıldı

Mehdiabaddan Azadlıq prospektinə qədər tramvay xətti olacaq

Rubl, avro bahalaşdı - Günün məzənnəsi

Cənubi Koreya prezidenti həbs edildi

Nüvə şirkətlərinin batareya yarışı - SƏHƏR OXUSU

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin