BAKU Azərbaycan
3.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
62908

Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci hissəsinə əsasən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. Bəs bu, konkret olaraq  hansı məlumatlara aiddir?

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert  Anar Bayramov məlumat verib.

Yeni dəyişiklikdən sonra ƏMAS altsistemi işəgötürənlər üçün həm köhnə, həm də yeni əmək müqavilələrinin uçotunun aparılmasını təmin edir. Belə ki, "Onlayn əmək müqavilələri reyestri" bölməsindəki "İşçinin köhnə əmək müqavilələri" altbölməsində işçinin xitam verilən əmək müqavilələri haqqında məlumatı əldə etmək mümkün olur. Həmin bölmədə əmək kitabçasında qeyd edilən əksər məlumatlar öz əksini tapır. Bəzi hallarda əmək kitabçasında qeyd olunmayan əlavə iş yerləri ilə bağlı məlumatı da bu bölmədən əldə etmək mümkündür. Əmək kitabçasında təqdim edilən məlumatlardan fərqli olaraq, ƏMAS altsistemində işçinin yalnız əmək müqaviləsi üzrə xitam verilən vəzifələri qeyd olunur. İşçinin bir vəzifədən digər vəzifəyə keçirilməsi əmək kitabçasında qeyd olunsa da ƏMAS-dakı bölmədə bu məlumata rast gəlinmir.

Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsi kağız formada bağlanılan əmək müqavilələrini tənzimləyir. Həmin hissəyə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Əmək Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar dedikdə, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı" başa düşülür. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən, işçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Dəyişikliklərdən öncə olduğu kimi, Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsində də əmək kitabçaları ilə bağlı Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq olunmuş "İşçilərin əmək kitabçasının forması vǝ onun tərtibi Qaydaları"na istinad edilib.

Əmək Məcəlləsinin 87-ci maddəsinin 4-cü hissəsi isə xarici ölkədə işləmiş vətəndaşımızın həmin ölkədəki əmək fəaliyyətinin nəzərə alınması məsələlərini tənzimləyir. Maddənin 4-cü hissəsində qeyd edilir ki, xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı məlumatların elektron informasiya sistemində, habelə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçasında qeydiyyatı xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

Misal 1: Vətəndaş Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olduqdan sonra 8 iyul 2014-cü il tarixli 206 nömrəli Prezident fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı"nda nəzərdə tutulan vəzifədə çalışacaq. Həmin vəzifədə çalışanlar üçün əmək kitabçası tətbiq edildiyi üçün işçi xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

Misal 2: Vətəndaş Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Azərbaycanın özəl banklarının birində işə düzəlib. Banklarda işə qəbul zamanı əmək kitabçası tələb olunmadığından, işçi xarici ölkədə çalışması barədə məlumatların elektron informasiya sistemində qeyd edilməsi üçün Əmək Məcəlləsinin 87-ci maddəsinin dördüncü hissəsində qeyd olunan müvafiq sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktida aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənilib

Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edilib

“Yelo Bank”a departament rəhbəri təyin edildi

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

AQTA-nın fəaliyyətində nöqsanlar aşkarlandı

Mərkəzi Bankın sədr müavininə yeni vəzifə verildi

AÇG-də sərbəst qazın hasilatına bu ilin sonunda başlanıla bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin