BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
62863

“Mərkəzi Bank bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edib. Bunun bank sektorunda müşahidə edilən yüksək kreditləşmə dinamikası, bankların mənfəətliliyi və maliyyə dayanıqlılığı göstəriciləri və xüsüsən də cəmi kredit portfelinin ÜDM-ə nisbətinin uzunmüddətli trendi və cari göstəricisi arasındakı fərq nəzərə alınmaqla qəbul olunduğu bildirilir.

Mərkəzi Bankın bufer tətbiqi kreditlərin həcminin azalmasına gətirib çıxaracaqmı? Bu kredit faizlərinə necə təsir göstərəcək?”.

Valyuta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. Həmin yazını təqdim edirik:

Qeyd edək ki, kontr-tsiklik kapital buferi Basel III tənzimləyici kapital çərçivəsinin bir hissəsidir. Bu kreditlərin həddindən artıq artımı dövrlərində əlavə kapital yaratmaq mexanizmidir və məqsəd riskləri tənizmləməkdir. Digər tərəfdən, bu bufer bank sektorunun kapital tələblərinin bankların fəaliyyət göstərdiyi makro-maliyyə mühitini nəzərə almasını təmin etmək məqsədi daşıyır. Onun əsas hədəfi bank sektorunu dövrü sistem miqyasında riskin yüksəlməsi ilə bağlı izafi məcmu kredit artımlarından qorumaq üçün daha geniş makroprudensial mühitə nail olmaqdır.

Əksər inkişaf etmiş ölkələrdə 1-ci dərəcəli kapitalı üzərində 0% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilsə və ya bufer təyin edilməsə də bir sıra dövlətlərdə, o cümlədən Danimarka (2.5%), Norveç (2.5%), Böyük Britaniya (2.0%), Niderland (2.0%), İsveç (2.0%), İrlandiya (1.5%), Çek Respublikası (1.25%), Fransa (1.0%), Avstraliya (1.0%), Koreya (1.0%), Honq-Kong (1.0%), Almaniya (0.75%) əlavə hədlərindən istifadə olunur. Bununla yanaşı, hələlik ABŞ, Çin, Yaponiya, İtaliya, İspaniya, Kanada, Hindistan kimi böyük iqtisadi güclər buferdə hədlərdən istifadəyə lüzum bilmirlər.

Bir sıra ölkələrin təcrübəsi göstərir ki, bəzi hallarda bu bufer real iqtisadiyyatın göstəricilərinə neqativ təsir etməklə bank sistemində əlavə kredit itkiləri ilə nəticələnə bilər. Bu baxımdan, Basel III tənzimləyici kapital çərçivəsinin tətbiqi digər makro-iqtisadi göstəricilərə təsirlər tam qiymətləndirilərək tətbiq olunur.

Azərbaycna Mərkəzi Bankının açıqlamasında bildirilir ki, 2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən kredit portfelinin illik artımı 19.6% təşkil etmişdir ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Əlavə olunur ki, fəaliyyətdə olan 22 bankın 19-də kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib.

Göründüyü kimi, requlyator bankda kredit portfelinin artım tempininin qeyri-resurs ÜDM-dəki artımı üstələməsinə əlavə kontr-tsiklik kapital buferin tətbiqində əsas səbəblərdən biri yanaşırlar. Amma məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan kredit portfinin ÜDM-də payı hələ də aşağıdır. Belə ki, 2023-cü ilin yekunlarında bu nisbət 18.8 faiz idi (23.183 milyard manatlıq kredit portfeli/123.0 milyard manatlıq ÜDM). Dünya Bankın məlumatına görə isə, ölkəmiz üçün bu nisbət hazırda 23.15 faizdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Birləşmiş Ştatlarda 192.0% (2 dəfəyə yaxın), Böyük Brtianiyada 144.0%, Fransada 120.0%, Avstraliyada 133.8%, Almaniyada 84.0%, Brazliyada 71.78%, Gürcüstdan 66.0%, Rusiyada 54.22%, Türkiyədə 45.59%, Belarusda 29.17 faizdir. Avropa İttifaqında orta göstərici isə 79.0 faizdir.

Deməli, Azərbaycanda özəl sektora verilən kreditlərin ÜDM-də payı nəinki inkişaf etmiş, hətta əksər region dövlətləri ilə müqayisədə aşağıdır. Bu həm də o deməkdir, kreditləşmədə artım faizlərinə rəğmən ölkə iqtisadiyyatı ilə müqayisə etdikdə kredit portfelinin həcmi heç də böyük deyil.

Mərkəzi Bankın bu qərarının kreditləşməyə təsirlərinə gəldikdə isə kommersiya bankları tərəfindən daha konservativ kredit siyasətinə üstünlük veriləcəyi istisna deyil. Bu bəzi banklarda kredit portfelinin optimallaşması və bır sıra hallarda isə müqayisəli azalmasına səbəb ola bilər. Kredit faizlərinə təsirlərə gəldikdə isə 2024-cü il depozit faizlərinin artması kimi yadda qaldı. Bunun isə kreditləri bahalaşdıracağı gözləniləndir. Bu depozit siyasətinin də optimallaşdırımasını daha da aktuallaşdırır.

Qeyd edək ki, Mərkəzi Bankın bu normativinin tətbiqinə bu il martın 1-dən başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktida aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənilib

Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edilib

“Yelo Bank”a departament rəhbəri təyin edildi

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

AQTA-nın fəaliyyətində nöqsanlar aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin