BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
54949

Onlayn satış sahəsi genişləndikcə əl çatmayan nəsə qalmır. Hətta, əminliklə deyərdik ki, indi onlayn satış real satışı üstələyib. Onlayn satışı üstün edən məhz onun əl çatanlığıdır.

Valyuta.az xəbər verir ki, Referans.az-ın araşdırması ölkədə ənənəvi yeyilən, bəzi hallarda yeyilən və yeyilməyən yumurta satışı haqdadır.

Əlbəttə ki, axtardığımız məhsulların hamısını əlbəəl tapmaq mümkünsüz olardı. Ona görə də üz tutduq onlayn satış ünvanlarına. Maraqlıdır, əhalimiz toyuq yumurtasından əlavə, hansı quş yumurtaları ilə də qidalanmağa üstünlük verir?

Elə birinci başlayaq dükan yumurtasından. Satış qiyməti 9-15 qəpik arası dəyişir. Kənd yumurtası 15 qəpikdən də təklif olunur, 30 qəpikdən də.

Qaz yumurtası alıcılara 2 manatdan təklif olunur. Qaz yumurtası əsasən bala çıxarılması məqsədilə alınır, həmçinin qida olaraq yeyilir.

Çil-çilli hinduşka yumurtasının satış qiyməti 2 manatdır.

Xarici görünüşcə hinduşka sortuna bənzəyən firəng quşlarının yumurtasının ədədi 1 manatdan təklif edilir.

Ağ kanada hinduşka yumurtası ədədi satışda 3 manatdır. Bu hinduşka sortunun digər hinduşkalardan fərqli olaraq ətlik və yumurtalıq üçün çox sərfəli olduğu deyilir.

Lal ördək yumurtaları ədədi 85 qəpikdən təklif edilir.

Mayalı və mayasız bildirçin yumurtaları, hər ikisinin ədədi 12 qəpikdən alıcılara təklif olunur. Bildirçin yumurtasının faydaları çoxdur.

Qırqovul yumurtasının yeyilməsi ilə bağlı hər hansı məlumata rast gəlinməsə də, alıcılara 2 manatdan təklif olunur.

Mayalı qızılı qırqovul yumurtası isə ədədi 4 manatdan satışdadır.

Qida olaraq yeyilməsini eşitmədiyimiz göyərçin yumurtaları 50 qəpikdən satışdadır.

Tutuquşu yumurtaları heyvanın üzərində alıcıya təklif edilir. 

Həyətləri rəngli lələkləri ilə bəzəyən, özü 500-800 manat arası satılan tovuz quşunun yumurtasının ədədi 10 manatdır.

Tez-tez eşitməsək də, dəvə quşunun yumurtası da satışda var. Nə az, nə çox 1 ədədi 25 manatdır. Bu yumurtanın doyumlu və dadlı olduğu deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Alimlər 5700 il enerji doldurulmadan işləyən batareya hazırladı

"Google"un süni intellekt rəhbərindən tələbələrə tövsiyələr

Bu serialdan sonra Türkiyəyə daha çox turist gələcək

“Atabank”ın əmlakı hərraca çıxarılır

İyulun 1-də bu şəxslər əsgərliyə aparılacaq - SİYAHI

Sabah 36 dərəcə isti olacaq

Alimpaşa Məmmədovun 11 milyonluq əmlakları ilə bağlı qərar verildi

Ağdamda velosiped istehsal ediləcək

"Apple"dan gizli yenilik: Cihaz yaxın aylarda satışa çıxarılacaq

İsa Həbibbəylinin aylıq maaşı nə qədərdir?

5 ildə kafe restoran xərcimiz 550 milyon manat artıb - Hazırkı rəqəmlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Sənədsiz evlər üçün "əmlak amnistiyası" tətbiq olunacaq? - VİDEO

2026-cı ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Əsgərlikdən yeni gəldi, dekan müavini təyin edildi

Qızıl qiymətinə gilas - Yay meyvələri niyə bu qədər bahadır?

Dünən bank kartlarından oğurluq edilməyib

Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? - RƏSMİ

Müavinət və təqaüdlər bu tarixdə artırılacaq

Bu imtahanda iştirak etmək üçün qeydiyyat başa çatır

Artıq “Gənclik Mall”un qabağında taksiyə minib-düşə biləcəyik

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

"Google" şəxsi nömrələri ifşa edən boşluğu bağladı

Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

"OpenAI" illik gəlirini 10 milyard dollara çatdırdı

Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb - QİYMƏT

Türk lirəsi bahalaşdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin