Statistika
12.07.2024 / 09:15
5 ayda xaricdən 72 milyon dollarlıq buğda almışıq - 62 milyonluq azalma
51599
Cari ilin ilk beş ayında Azərbaycan xaricdən 328 min 542 ton miqdarında, 72 milyon 676 min ABŞ dolları dəyərində buğda alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 121 min 610 ton (27 %), dəyər ifadəsi ilə 62 milyon 228 (46,1 %) azdır. 2023-cü ilin müvafiq dövründə buğda idxalının miqdarı 450 min 452 ton, ona xərclənən vəsait isə 134 milyon 904 min ABŞ dolları olub.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında idxal olunan buğda ümumi idxalın bir faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay