BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
51317

4 iyul tarixində "Holberton School Azerbaijan" İT məktəbində ilk dəfə "Məzun günü" qeyd edilib.

Tədbirin açılış mərasimində Paşa Holdinqin İnnovasiyalar Proqramının Rəhbəri Fərrux Əli, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal və biznes transformasiyası üzrə baş mütəxəssisi Elnur Məmmədli, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova, İT məktəbinin qlobal direktoru Florian Buçer, Holberton School Azərbaycanın direktoru Şəmsi Bayramzadə çıxış ediblər, məzun olan gənclərə uğurlar arzulayıblar. Meksikanın Azərbaycandakı səfiri xanım Viktoria Romero, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov, Mediamark Digital şirkətinin rəhbəri Orxan Rzayev də tədbirdə iştirak ediblər.

Açılış nitqindən sonra İT məktəbinin fəaliyyətini və məqsədini izah edən video-çarxlar təqdim edilib. Daha sonra İT məktəbinin məzunları səhnədə diplomla təltif olunub.

“Holberton School” “peer-to-peer” metodologiyası ilə keçirilən kohortda tədris, tələbələrə komanda əsaslı şəraitdə dərs keçməyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəməyə imkan yaradıb.

Hazırda məktəbin 50-ə yaxın məzunu var. Bu məzunların hər biri “foundation of computer science” üzrə ixtisaslaşıblar. Məzunlardan artıq 12-si müxtəlif şirkətlərdə işlə təmin olunub. Bir sonrakı kohortda yalnız “foundation” deyil, “full-stack” sahəsi üzrə də məzunlar veriləcək. Növbəti hədəflər isə məzunların “junior” deyil də, orta və daha üst səviyyədən iş həyatına atılmasının təmini olacaq.

Qeyd edək ki, “Holberton School” İKT təhsili sahəsində ABŞ-ın Silikon Vadisindən qaynaqlanan qlobal təcrübə ilə yerli bazarda innovativ təhsil metodologiyası və ekosistemin gücləndirilməsi istiqamətində müstəsna fəaliyyətini davam etdirməkdədir. Başqa sözlə desək, “Holberton School Azerbaijan” ABŞ-ın Silikon Vadisi innovasiyalarına əsaslanan dinamik texnoloji təhsil təcrübəsinə giriş qapısıdır. Şirkətin missiyası sadəcə tələbələrinə yalnız texniki bilik və bacarıqlara yiyələnməyi təşviq etməklə məhdudlaşmır, onları daim inkişaf edən İKT sahəsində dolğun iş həyatına hazırlamaq istiqamətində çalışdırmaqdır.

Dünyanın 20-dən çox ölkəsində, ümumilikdə 34 şəhərdə fəaliyyət göstərən və dünyanın nüfuzlu məktəblər şəbəkəsi olan "Holberton School" ötən il “PAŞA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə Azərbaycanda tədrisə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin