BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9216
  • RUB
    2.0775
  • TRY
    0.0441
  • GBP
    2.2624
51216

Cəbrayılda yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında dəyəri 20 milyon manat olan logistik mərkəzin yaradılması təklif edilir.

Valyuta.az-ın "Report”-a istinadən verdiyi məlumata görə, layihənin icrasında əsas məqsəd Cəbrayıl rayonu ərazisində qurulması nəzərdə tutulan logistik mərkəz vasitəsilə işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təchizatçı funksiyalarının həyata keçirilməsidir. Logistik mərkəz Laçın, Şuşa, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd va Cəbrayıl rayonlarında həyata keçiriləcək layihələr üçün tikinti materialları ilə təmin edə bilər.

Tikintidə istifadə ediləcək mal-materialın vahid mərkəzdən təchizatı, bərpa prosesində fəaliyyət göstərəcək işçi heyətinin, o cümlədən dövlət qurumlarının regional bölmələrinin işçilərinin zəruri ehtiyaclarının ödənilməsi məqsədilə ticarət və xidmətlərin təşkili, regiona idxal və ixrac edilən məhsullar üzrə anbar və logistika xidmətlərinin təşkili mərkəzin fasiləsiz fəaliyyətinin qurulmasına imkan yaradacaq

Zəngəzur dəhlizinin nəqliyyat qovşağının üzərində yerləşməsi beynəlxalq nəqliyyat -kommunikasiya layihələrinin həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətə görə, müəssisələr 10 il müddətinə mənfəət, əmlak, torpaq, idxal olunan avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad olunur. İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarların ödədikləri kommunal xidmətlərin tariflərinə uyğun olaraq vəsaitin 20 %-i məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının ödənilməsi nəzərdə tutulur.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda yaradılıb. Sənaye parkı 200 hektar ərazini əhatə edir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 10 rezidenti və 2 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq parka 83,4 milyon manatdan artıq investisiyanın yatırılması, 700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək sənaye parkına 14 milyon manatdan çox investisiya yatırılıb, 20-dən artıq iş yeri yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazir polkovniki rəis təyin etdi

Qafqazda kazino biznesi necə inkişaf edir?

"Santander Bank" Polşa aktivlərini 7 milyard avroya satır

“Gəncə Şərab-2” böyük mənfəət əldə etsə də, külli miqdarda vergi borcunu ödəmir

“Gəncə Şərab-2” böyük mənfəət əldə etsə də, külli miqdarda vergi borcunu ödəmir

Ən ucuz un bu rayonda satılır - QİYMƏTLƏR

Azərbaycan Prezidenti Belarusun Baş nazirini qəbul edib

Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı DETALLAR

Vyetnam Qazaxıstanda aeroport almağı planlaşdırır

Abdulla Abdullazadənin şirkətinin 800 mindən çox borcu var

Tanışları ona “yeriyən kompüter” deyirlər - 4 xarici dil, 22 yaşda data analitika müəllimi

Tək istifadəlik plastiklərə qarşı ümidverici alternativ

Milyarder Uorren Baffet ən uğurlu və ən uğursuz investisiyalarını açıqladı

Almaniyada yaşayan azərbaycanlı layihəsi üçün investor axtarır - Detallar

İdman TV-nin direktoruna yeni müavin təyin edildi

Lirə və avronun qiyməti düşdü - Yeni məzənnə

Günün kriptovalyuta göstəriciləri

"Expressbank”ın vaxtı keçmiş kreditlərində kəskin artım - 3 ayda 37%

"Expressbank”ın vaxtı keçmiş kreditlərində kəskin artım - 3 ayda 37%

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - SİYAHI

Rebrendinq nədir və niyə vacibdir? - SƏHƏR OXUSU

Süni intellekt də insanlar kimi özündən əmin və qərəzli ola bilər - Alimlər

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Respublika Uşaq Sanatoriyasının 400 minlik tenderi ləğv edildi

Bu şirkət 38 min dollar cərimələndi

Azərbaycan-Belarus biznes forumunda 18,9 milyon dollarlıq müqavilə imzalandı

Selə görə bu evlər təhlükə altındadır - VİDEO

Kəskin hava şəraiti fermerlərə ZİYAN VURDU: "10 min manat maya qoymuşdum"

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bu yolda sürət həddi endirildi

Haker şifrənizi nə qədər müddətdə qıra bilər?

Haker şifrənizi nə qədər müddətdə qıra bilər?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin