BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
44506

Türkiyənin təbii qaz hasilatının 2050-ci ilə qədər illik 13 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.

Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilib.

Məlumata görə, Türkiyənin qaz hasilatındakı artım əsasən Qara dəniz qaz sahəsinin hesabına formalaşacaq: “Hazırda Türkiyə 2020-ci ildə kəşf edilən 710 milyard kubmetr təbii qaz ehtiyatı olan yatağın işlənməsini həyata keçirir. 2023-cü ilin aprel ayında "Sakarya" yatağından alınan qazın, qurudakı emal kompleksinə bağlı boru kəməri vasitəsilə milli şəbəkəyə vurulmasına başlanılıb. Qara dəniz qaz sahəsi tam gücü ilə işləyəndən sonra Türkiyənin illik qaz ehtiyacının təxminən 30 %-ni qarşılayacaq”.

“Sakarya" qaz yatağından hasilatın bu il 1,6 milyard kubmetrə, birinci mərhələdə hasilatın maksimum 3,5 milyard kubmetrə, ikinci mərhələdə isə 11 milyard kubmetrə çatacağı təxmin edilir.

"Sakarya" yatağının genişləndirilməsi və Cənubi Akçakoca Alt Hövzəsindəki son kəşflər ilə Türkiyə 2040-cı ilə qədər hasilatı 20 milyard kubmetrə çatdıra bilər. Ancaq, böyük kəşflər olmasa, 2050-ci ilə qədər qaz hasilatı 13 milyard kubmetrə düşə bilər”, - GECF-in hesabatında bildirilib.

Enerji istehlakında idxaldan asılı olan Türkiyə, uzun illərdir Qara dəniz və Şərqi Aralıq dənizində karbohidrogen axtarışları aparır.

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə bu il Qara dənizdə 3 kritik karbohidrogen kəşfiyyatı həyata keçirməyi planlaşdırır və bununla da, o, 2024-cü ildə potensial yeni enerji kəşflərinə işarə edib.

Avropanın qalan hissəsi ilə boru kəməri şəbəkəsi və 3 reqazifikasiya terminalları ilə birləşən Türkiyə regional mərkəz olmağa bir addım da yaxınlaşıb.

Rusiya və Türkiyə 2022-ci ildən Türkiyədə beynəlxalq qaz qovşağının yaradılmasını müzakirə edir və Rusiya qazı bu təşəbbüsdə mühüm rol oynayır.

Türkiyə 2022-ci ildə 54 milyard kubmetr təbii qaz idxal edib ki, bunun da 72 %-i boru kəmərləri vasitəsilə ilə nəql edilib.

Türkiyənin təbii qaz idxalı 2050-ci ilə qədər illik 55 milyard kubmetrə çatacaq.

2022-ci ildə Türkiyənin qaz hasilatına yatırılan investisiyalarda böyük artım müşahidə olunub. Belə ki, 2022-ci ildə əsasən Qara dənizdəki "Sakarya" layihəsinin birinci fazasına yatırılan sərmayələrlə qaz hasilatına investisiyalar 1,6 milyard ABŞ dolları artaraq 2,3 milyard ABŞ dollarına çatıb.

"Uzunmüddətli perspektivdə Türkiyədə kəşf və hasilata 8,7 milyard ABŞ dollarlıq kapital qoyuluşu ilə 13 milyard kubmetr qaz hasilatına çatacağı gözlənilir”, - hesabatda bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin