BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
39621

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, bu ilin ilk altı ayında  Azərbaycanda 1 milyon 726 min muzdlu işçi olub.

 Bu işçilərin 1 milyon 15 min nəfəri - təxminən 60 faizi paytaxt Bakının yerləşdiyi Abşeron yarımadasında çalışır. Muzdlu işçilərin 40 faizi is ölkənin bütün ərazisində işləyir.

Bu göstəricilərə görə, Azərbaycanda özəl sektorda çalışan 831 min nəfərin 565 min nəfəri - 68 faizi Abşeron yarımadasındadır. 

Bəs kimlərə muzdlu işçi deyilir? Bu şəxslərin hüquqları nədir? Onların əldə etdiyi qazancın vergisi necə hesablanır?

Valyuta.az bu sualların avabını təqdim edir:

Muzdlu iş nədir, muzdlu işçi kimdir?

Muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs Vergi məcəlləsinin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə “əmək haqqı” adlandırılır.

İşəgötürən aşağıdakı şəxslər ola bilər:

-Dövlət müəssisə və təşkilatları;

- Qeyri-dövlət (ticarət və qeyri-kommersiya) müəssisə və təşkilatları;

-Fərdi sahibkarlar.

Əmək məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək məcəlləsinin 157.3 maddəsinə görə əmək haqqının tərkibinə aylıq(vəzifə) maaşı, ona əlavələr və mükafatlar daxildir.

-Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

-Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
-    Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Muzdlu işlə əlaqədar əldə edilən gəlirlərə, əmək haqqından başqa, işçinin əldə etdiyi hər-hansı fayda da daxildir.

Bunları isə aşağıdakı kimi sadalamaq olar:

1.Fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda — bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq

İşə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda — bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri
2.İşçinin xərclərinin əvəzi ödənildiyi halda — ödənən vəsaitin məbləği

3.İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda — həmin borcun və ya öhdəliyin məbləği;

4.İşəgötürən tərəfindən ödənilən sığorta haqları

5.Vergi Məcələsinin 102.1.8-ci maddəsinə əsasən muzdlu işçilərin bu u ödənişləri gəlir vergisindən azaddır:

- işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları;

-3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;

-işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda - həmin vəsaitin məbləği.

AR Vergi Məcəlləsinin 98.4 maddəsinə əsasən yuxarıda göstərilən hər 6 bənddə olan məbləğlərə və xərclərə aksizlər, əlavə dəyər vergisi və qiymətləndirilən əqdlə əlaqədar işə götürənin ödəməli olduğu hər hansı digər vergi daxildir.

Vergi Məcəlləsinin 98.3 və 98.5 maddələrinə əsasən muzdlu işlə əlaqədar əldə edilən gəlirlərə isə aşağıdakılar aid deyil:

-Faktiki ezamiyyə xərcləri

-Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 may 2002-ci il tarixli 75 saylı qərarı ilə müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlər

-Digər işgüzar xərclərin əvəzinin ödənilməsi

-İşəgötürən tərəfindən öz işçilərinə verilən pulsuz yemək

-İşəgötürən tərəfindən öz işçilərinə təşkil etdiyi pulsuz əyləncələr

-İşçilərin mənzil və ya işçinin mənzil xərclərinin ödənilməsi

-İşəgötürən tərəfindən öz işçilərinə digər sosial xarakterli xərcləri

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin